Icma.az
close
up
RU
“İsveçrə neytrallığı”nın gerçək dəyəri

“İsveçrə neytrallığı”nın gerçək dəyəri

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan əleyhinə növbəti təxribat

Dünya erməniliyi “hayların Qarabağa qayıtması” üçün Avropanın qanunverici orqanlarında lobbiçilik etmək cəhdlərindən əl çəkmir. Son vaxtlar bu məsələdə İsveçrədəki erməni icması xüsusi fəallıq göstərir. Burada yaşayan ermənilər lobbiçilik fəaliyyətlərini həm siyasi, həm də ictimai platformalarda davam etdirirlər.

Yada salaq ki, bu ölkədə erməni icması 1960-cı illərdə yaradılıb və və bu gün diaspor strukturlarına malikdir. Hazırda Cenevrə, Sürix, Fribourg, Bern, Neuşatel və Tessin şəhərlərində 5–7 minə yaxın erməni yaşayır. Əsasən, müxtəlif fondlar, mədəniyyət mərkəzləri və siyasi lobbi təşkilatları vasitəsilə fəaliyyət göstərirlər. Onların məqsədi yalnız mədəni və dini kimliyini qorumaq deyil, eyni zamanda, erməni məsələləri üzrə beynəlxalq dəstək qazanmaqdır.

Bu günlərdə Ermənistan mətbuatı “Daşnaksütyun”un Hay dat bürosunun mərkəzi ofisinə istinadən yazıb ki, “2025-ci il mayın 26-da İsveçrənin paytaxtı Berndə “İsveçrənin sülh təşəbbüsü”nü dəstəkləyən 19 deputatdan ibarət partiyalararası komissiya işinə başlayacaq. Bildirilib ki, komissiyanın fəaliyyəti məhz İsveçrə parlamentinin yuxarı palatasının 2024-cü il martın 18-də qəbul etdiyi qərarın dəstəklənməsi və onun praktik müstəviyə keçirilməsi məqsədini daşıyır. Qərarın əsas məğzi isə Qarabağ ermənilərinin geri dönüş hüququnun tanınması və bu hüququn həyata keçirilməsi üçün beynəlxalq səviyyədə mexanizmlərin işlənib hazırlanmasıdır. Əslində, erməni diasporu tərəfindən mart ayında İsveçrə parlamentində keçirilən qondarma “sülh təşəbbüsü” beynəlxalq ictimaiyyətə ermənilərin, guya, Qarabağ bölgəsini tərk etmək məcburiyyətində qaldığı barədə yalan məlumat verməkdir. Bu, həm də onu göstərir ki, ermənilər diplomatik təzyiq vasitəsilə məqsədlərinə çatmağa çalışırlar.

Heç də təəccüblü deyil ki, bu məsələdə aparıcı rolu parlamentarilər Erix Vontobel və Stefan Müller-Altermatt kimi erməni lobbiçiləri oynayırlar. Onların statusunu yaxın keçmişdəki faktlar da aydın şəkildə təsdiq edir. Belə ki, Vontobel bu yaxınlarda İrəvana səfər edib və orada Qarabağda separatizminin son tör-töküntülərinin rəhbəri Samvel Şahramanyanla görüşüb.

Öz növbəsində, Stefan Müller-Altermatt da həmkarı kimi, erməni müştərilərinin pulunu qazanmaq üçün var gücünü sərf edir. Bu ilin yanvarında, o, Azərbaycan əleyhinə təxribat xarakterli bəyanatları ilə seçilib. Erməni nəşrlərindən birinə müsahibəsində Qərbi Azərbaycanla bağlı xoşagəlməz bəyanatlara yol verib və həyasızcasına onun tarixini uydurma adlandırıb. Bundan başqa, o, dəfələrlə Ermənistanın baş naziri Nikol Paşinyanın “Sülh kəsişməsi” layihəsini tərifləyib. Bildirib ki, beynəlxalq ictimaiyyət təkcə Ermənistan hökumətinin “Sülh kəsişməsi”nin həyata keçirilməsini deyil, həm də Qarabağ ermənilərinin qayıtmaq, öz müqəddəratlarını təyin etmək hüquqlarını və mədəni irsin qorunmasını tələb etməlidirlər. Bu açıqlamalar bir daha göstərir ki, Müller-Altermattın Azərbaycanın maraqları və tarixi reallıqları nəzərə alınmadan irəli sürdüyü fikirləri regionda sülh və etimadın bərqərar olmasına xidmət etmək əvəzinə, əlavə gərginliklər yaradır.

Yeri gəlmişkən, Müller-Altermattın təriflədiyi Paşinyanın “Sülh kəsişməsi” layihəsi Azərbaycansız sadəcə kağız parçasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bildirdiyi kimi, “Ermənistan “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların “layihəsi” Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər”.

Dövlətimizin başçısının bu aydın mesajı təkcə Ermənistan rəhbərliyinə deyil, həm də Qərbdəki erməni maraqlarını müdafiə edən dairələrə – o cümlədən İsveçrə və digər Avropa ölkələrində fəaliyyət göstərən lobbi qruplarına yönəlib. Azərbaycanın maraqları nəzərə alınmadan həyata keçirilmək istənilən təşəbbüs və layihələrin reallaşmasının mümkün olmadığı bir daha diqqətə çatdırılıb. Bu səbəbdən də İsveçrədə fəaliyyətə başlayan “sülh təşəbbüsü” komissiyası və onun ətrafında formalaşan siyasi ritorika ekspertlər və rəsmi dairələr tərəfindən “xəyalpərəstlik” və ya reallıqdan uzaq təşəbbüs kimi qiymətləndirilir. Bu kimi planların həyata keçirilməsinin yalnız bir tərəfin iradəsi ilə mümkün olmadığını, münaqişənin həllinə deyil, yeni gərginlik yaradacağına səbəb olacağı vurğulanıb. Yəni ekspertlər tərəfindən konstruktiv dialoqdan çox, təxribatçı ritorika kimi qəbul edilir. Halbuki Azərbaycanın təqdim etdiyi “sülh gündəliyi” və regional kommunikasiyaların açılması təşəbbüsləri uzunmüddətli sabitliyə daha real və konstruktiv əsas yaradır.

Milli Məclisin deputatı Şahin Seyidzadə bildirdi ki, Fransa və Niderlanddan sonra İsveçrə də Azərbaycana münasibətdə riyakar mövqe nümayiş etdirir: “İsveçrənin paytaxtı Berndə 2025-ci il mayın 26-da Artsax ermənilərinin qayıdış hüququnun müdafiəsi məqsədilə yeni bir təşəbbüs platforması fəaliyyətə başlayacaq. Bu təşəbbüs, İsveçrə Parlamentinin yuxarı palatasının 2024-cü il martın 18-də qəbul etdiyi və ermənilərinin geri dönüş hüququnun həyata keçirilməsi üçün beynəlxalq mexanizmlərin tətbiqini nəzərdə tutan qərarın dəstəklənməsinə yönəlib.

İsveçrənin Azərbaycana qarşı riyakar mövqe nümayiş etdirməsi məsələsi, ölkənin xarici siyasətinin və bəzi beynəlxalq məsələlərdəki davranışlarının qiymətləndirilməsindən irəli gəlir. Azərbaycana qarşı riyakar mövqe ittihamları, ümumiyyətlə, İsveçrənin bəzi beynəlxalq təşkilatlarda və dövlətlərarası münasibətlərdə tənqid olunan addımlarına əsaslanır. Məsələn, İsveçrə, Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, bəzi hallarda Qarabağ məsələsində Ermənistanın mövqeyinə daha yaxın yanaşmış, həmçinin bəzi hallarda ölkəmizə qarşı sərt tənqidlər irəli sürmüşdür.

Belə mövqelər, İsveçrənin beynəlxalq hüquqa və insan hüquqları ilə bağlı bəzi məsələlərə daha çox diqqət yetirən siyasətinə də aid ola bilər, amma bu yanaşma zaman-zaman mübahisələrə səbəb olur və tərəflər arasında inamsızlığa yol aça bilər. Bu mövzu, ümumiyyətlə, İsveçrənin və Azərbaycanın müxtəlif strateji və diplomatik maraqları arasında gərginlik yaradan bir məsələyə çevrilə bilər”.

Onu da qeyd edək ki, isveçrəli deputatlar əvvəllər də qərəzli mövqe tutublar. Heç vaxt Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərə, o cümlədən öz ərazisindən yüz minlərlə azərbaycanlını qovmasına, Azərbaycan ərazilərini 30 il işğal altında saxlayaraq əlavə milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salmasına və onların geri qayıtmaq hüququnu pozmasına dair narahatlıqlarını ifadə etməyiblər. Azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasına və Ermənistanda, eləcə də vaxtilə işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinin məqsədyönlü şəkildə dağıdılmasına qarşı susqunluq nümayiş etdirmək, İsveçrə parlamentarilərinin qərəzli mövqeyini açıq-aydın göstərir.

Ümumiyyətlə, isveçrəli deputatların təhrif edilmiş məlumatlara əsaslanan bu təşəbbüsü regionda sülh və sabitliyə zərbə vurur, etnik qarşıdurmaların qızışdırılmasına xidmət edir. Bu, teatr tamaşasının məqsədi Ermənistanı qurban, Azərbaycanı isə işğalçı kimi təqdim etməklə beynəlxalq ictimaiyyəti çaşdırmaqdır. Doğrudanmı bu deputatlar başa düşmürlər ki, belə təxribatlar beynəlxalq aləmdə neytrallıq mövqeyi ilə tanınan bir ölkənin nüfuzuna zərbədir? Yoxsa, rüşvət onlar üçün daha önəmlidir?

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 May 2025 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see125

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see125

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see123

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see120

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see119

“Zenit” Juninyonun hücumdakı rəqibini heyətinə qatır

06 İyul 2025 12:57see118

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see117

Enerjinizi tükədən səhər yeməkləri

07 İyul 2025 13:06see117

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see115

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see114

Paşinyan “Hraparak”ı məhkəməyə verdi

06 İyul 2025 19:03see114

Ucarda ağır qəza: üç nəfər...

06 İyul 2025 19:55see114

SEPAH iki əsgərini itirdi

06 İyul 2025 15:51see113

Sərxoş vəziyyətdə qəza etdi

06 İyul 2025 13:46see113

Yanvarın əvvəlində Sabah ın direktoru əlaqə saxladı və onunla bütün detalları müzakirə etdik

06 İyul 2025 22:12see113

Azərbaycan millisindən ardıcıl ikinci məğlubiyyət

06 İyul 2025 22:12see112

İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib KONKRET

06 İyul 2025 22:10see112

Kişi yeməyini suyunu alırsa, daha nə istəyirsən?! Nardaran sakini müasir gəlinləri topa tutdu

06 İyul 2025 23:48see111

Keyptaunda minlərlə sakin daşqın səbəbilə evsiz qalıb

06 İyul 2025 23:50see111

Peskov Makronu təriflədi: Onun Putinlə danışığı...

06 İyul 2025 17:56see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri