İsveçrə XİN başçısı: Referendumun nəticəsi neytrallıqdan imtina demək deyil
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
İsveçrədə referendumda neytrallıqla bağlı təşəbbüsün rədd edilməsi ölkənin neytrallıq siyasətindən imtina etməsi demək deyil.
APA xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İnyatsio Kassis səsvermənin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
İsveçrə hökuməti də referendumun ölkənin neytrallığını şübhə altına almadığını vurğulayır.
“Bu nəticə neytrallığın əleyhinə verilmiş səs deyil. İsveçrə dünən neytral idi, bu gün də neytraldır və gələcəkdə də neytral qalacaq”, – Kassis deyib.
Onun sözlərinə görə, təşəbbüsü rədd edən İsveçrə vətəndaşları və kantonlar neytrallığın tətbiqinə dair daha sərt çərçivələrin Konstitusiyada təsbit edilməməsinə qərar veriblər.
“Neytrallığımız heç vaxt dəyişməz olmayıb. Zaman keçdikcə o, beynəlxalq reallıqlara və İsveçrənin ehtiyaclarına uyğunlaşıb. Bəzi dövrlərdə daha məhdudlaşdırıcı olub, digər dövrlərdə isə əməkdaşlığa daha açıq olub”, – nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 27 Sentyabr 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















