Icma.az
close
up
RU
İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

İsveçrədə keçirilən referendumda seçicilərin 70 faizindən çoxu ölkənin bitərəflik anlayışının sərtləşdirilməsini nəzərdə tutan təşəbbüsün əleyhinə səs verib. Referendum sağ populist qüvvələrin təşəbbüsü ilə keçirilib. Səsvermə kampaniyasını İsveçrə Xalq Partiyasının nüfuzlu simalarından biri, 85 yaşlı milyarder Kristof Bloxer fəal şəkildə dəstəkləyib.
Onun "bitərəflik təşəbbüsü"nün lehinə hazırlanan təbliğat plakatlarında "Müharibəyə yox!" şüarı yer alıb. Bloxer tərəfdarlarının təklif etdiyi modelə görə, İsveçrənin neytrallığı daha sərt şəkildə müəyyənləşdiriləcək və ölkənin BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi tədbirlər istisna olmaqla, bir sıra beynəlxalq təşəbbüslərə, o cümlədən sanksiyalara qoşulması məhdudlaşdırılacaqdı.
Belə olan halda İsveçrə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsindən sonra Avropa İttifaqının tətbiq etdiyi və Bernin də dəstəklədiyi sanksiyalardan imtina etməli, həmçinin NATO ilə sıx tərəfdaşlığını məhdudlaşdırmalı olacaqdı.
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Nəticə əvvəlcədən məlum olsa da...
Təşəbbüsün məğlubiyyətə uğrayacağı ekspertlər tərəfindən əvvəlcədən proqnozlaşdırılırdı. İsveçrə mediasının məlumatına görə, Xarici İşlər Nazirliyi də səsvermədən bir neçə həftə əvvəl qapalı müzakirələr zamanı belə nəticənin gözlənildiyini bildirib. Kristof Bloxer kampaniyaya böyük vəsait yatırıb. "Berner Zeitung" qəzetinin məlumatına görə, bu məqsədlə təxminən 3.8 milyon İsveçrə frankı xərclənib. Bu, İsveçrədə referendum kampaniyasına indiyədək bir sponsor tərəfindən ayrılmış ən böyük məbləğdir.
200 ilə yaxındır davam edən bitərəflik
İsveçrə demokratiya ənənələrinin güclü olduğu ölkələrdən biridir. Daxili siyasətlə bağlı bir çox məsələlər yerli və ya ümumxalq referendumları vasitəsilə vətəndaşların birbaşa səsverməsi ilə həll olunur. Ölkənin 1848-ci ildən Konstitusiyada təsbit edilən bitərəf statusu isə İsveçrənin təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə digər dövlətlər və beynəlxalq alyanslarla əməkdaşlıq etməsinə mane olmur.
Bu yanaşma İsveçrədə "əməkdaşlıq əsaslı neytrallıq" adlandırılır. İsveçrə tarixi göstərir ki, bu ölkə üçün bitərəflik heç vaxt dəyişməz və donmuş bir konstruksiya olmayıb.
Bitərəflik Avropa və dünyanın dəyişməsi ilə birlikdə özü də dəyişib:
Birinci Dünya müharibəsi dövründə bir cür, İkinci Dünya müharibəsi zamanı başqa cür, "soyuq müharibə" illərində isə daha fərqli formada olub. Amma bütün bu dövrlərdə neytrallıq böyük ölçüdə qorunub.
Medianın nəticələrə reaksiyası
İtalyan dilində nəşr olunan "Corriere del Ticino" qəzeti öz redaksiya məqaləsində yazıb ki, "təşəbbüs əleyhinə 70%-dən çox səs verilməsi ciddi bitərəfliyi məqsədə çevirmək istəyənlər üçün yekun qərardır". Bu "birmənalı nəticə mövcud parlamentin və hökumətin siyasətinin dəstəklənməsini də ifadə edir". Qəzetin məlumatına görə, təşəbbüs "tam məğlubiyyətə uğrayıb və bu, onun dirçəlişinin hər hansı ciddi ehtimalını praktik olaraq istisna edir".
"La Regione" qəzeti isə bazar günü keçirilən referendumun həlledici nəticəsini belə təsvir edib - "Apellyasiyadan kənar qərar".
Alman dilində nəşr olunan NZZ qəzeti səsvermənin nəticəsini "dönməz" adlandırıb. Qəzet hesab edir ki, Kristof Bloxerin təxminən 4 milyon frank ianə etdiyi "təşəbbüsün" əvvəldən uğur qazanmaq şansı yox idi.
"Tamedia" qrupunun alman dilində nəşr olunan qəzetləri nəticəni keçmiş Federal Şura üzvü Bloxerin "şəxsi məğlubiyyəti" adlandırır və görünür, o, "hətta öz partiyasını da haqlı olduğuna inandıra bilməyib" yazırlar.
Məşhur "Blick" qəzeti də Bloxerin siyasi təsirinin tədricən zəifləməsindən yazır.
İsveçrə Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdə davam edəcək digər mühüm bir məsələ. İsveçrə Aİ üzvü deyil və Brüsselin xarici siyasət qərarlarına avtomatik şəkildə tabe olmur. Buna baxmayaraq, Bern Rusiyaya qarşı sanksiyaların böyük hissəsini ayrıca qərarlarla qəbul edib.
2026-cı ilin avqustunda İsveçrə hökuməti Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketindəki əlavə tədbirləri də qəbul etdiyini açıqlayıb. Məhz bu siyasət ölkə daxilində "klassik İsveçrə neytrallığından uzaqlaşma" barədə müzakirələri gücləndirib. Tənqidçilər hesab edirlər ki, Rusiya əleyhinə sanksiyalar və Qərb ölkələri ilə artan təhlükəsizlik əməkdaşlığı İsveçrənin əvvəlki vasitəçi rolunu zəiflədə bilər.
İsveçrə hökuməti isə bitərəfliyin sanksiyalara mane olmadığını və ölkənin beynəlxalq hüququ müdafiə etmək üçün müəyyən tədbirlər görə biləcəyini bildirir.
Yeri gəlmişkən, İsveçrə NATO üzvü də deyil. Bununla belə, Bern NATO ilə əməkdaşlıq edir. İsveçrə hökumətinin məlumatına görə, ölkənin neytrallığı hərbi təlim, silah tədarükü və sülhməramlı fəaliyyətlər kimi müəyyən hərbi əməkdaşlıq formalarını istisna etmir. 2026-cı ildə qəbul edilən yeni təhlükəsizlik strategiyasında isə müdafiə imkanlarının gücləndirilməsi və tərəfdaş dövlətlərlə əməkdaşlığın vaxtında qurulması xüsusi prioritet kimi göstərilir. Sənəddə Rusiyanın Ukraynaya qarşı müharibəsi, hibrid təhdidlər və kritik infrastrukturun təhlükəsizliyi əsas çağırışlar sırasında qeyd olunur.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Oktyabr 2026 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri