İsveçrənin Federal Vergi Administrasiyası ilə əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İsveçrənin Federal Vergi Administrasiyasının baş direktoru Tamara Famatr ilə videoformatda görüş keçirib.
Newscenter.az xəbər verir ki. görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətləri, tərəfdaşlığın gücləndirilməsi imkanları və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparılıb. Tərəflər həm IOTA çərçivəsində birgə fəaliyyətin şaxələndirilməsi məsələləri, həm də ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər. \
Görüşdə IOTA-nın fəaliyyətinin genişləndirilməsi və maliyyə dayanıqlılığının artırılması istiqamətində təkliflər nəzərdən keçirilib. Dövlət Vergi Xidmətinin Təşkilata rəhbərliyi müddətində həyata keçirilən işlər, strateji inkişaf planları və perspektivlər müzakirə edilib. Qeyd olunub ki, əlaqələrin möhkəmləndirilməsi hər iki ölkə üçün vergi sisteminin inkişafı, iqtisadi təcrübələrin və investisiya mühitinin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Görüşdə vergi inzibatçılığı sahəsində müştərək təşəbbüslərin artırılması üçün mövcud potensialdan istifadənin önəmi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Belçika Federal Dövlət Maliyyə Xidməti ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
03 Mart 2025 20:36
İsveçrə Federal Administrasiyası kiberhücuma məruz qalıb
30 İyun 2025 15:00
Zimbabve ilə əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
03 İyun 2025 09:50
Tramp administrasiyası federal işçilərini ixtisar etməyə başlayır
11 Oktyabr 2025 19:32
İsraillə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
24 Fevral 2025 17:14
Baxış sayı:143
Bu xəbər 30 Yanvar 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















