Icma.az
close
up
RU
İT mütəxəssis: Şəxsi məlumatlar təsadüfi zəng və ya mesaj vasitəsilə paylaşılmamalıdır

İT mütəxəssis: Şəxsi məlumatlar təsadüfi zəng və ya mesaj vasitəsilə paylaşılmamalıdır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

DİN kibertalamalarla bağlı növbəti dəfə müraciət edib.

Müraciətdə deyilir:

"Dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək “mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin” deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər.

Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər.

Bir daha qeyd edirik ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. Hansısa şübhəli əməliyyat aşkarladıqda, hətta sistemdə çətinliklər yaransa belə heç bir bankın əməkdaşının sizdən məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur.

Bank əməkdaşı sizdən yalnız kartınızın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqənizin FİN kodunu istəyə bilər. Anlamalıyıq ki, bank kartınızın tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən şəxslər dələduzlardır. Onlara inanmayın, şübhələndiyiniz ilk anda zəngi sonlandırın. Gəlin, kartınızın təhlükəsizliyini birgə qoruyaq!"

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, belə hallarla üzləşən vətəndaşlar ilk növbədə bilməlidirlər ki, heç bir bank və ya rəsmi qurum heç vaxt müştəridən telefonla və ya mesaj vasitəsilə kartın PIN kodu, CVV kodu, tam kart nömrəsi və ya SMS-lə gələn birdəfəlik şifrələri tələb etmir:


“Bu cür məlumatların istənilməsi artıq həmin şəxslərin dələduz olduğunu göstərir. Əgər vətəndaş telefon zəngi, SMS və ya link şəklində belə bir müraciət alırsa, ilk addım olaraq heç bir məlumat təqdim etməməli, linklərə daxil olmamalıdır. Əksinə, dərhal həmin nömrəni bloklamalı və əlaqədar bankın rəsmi çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumatın doğruluğunu dəqiqləşdirməlidir. Əgər zəng edən şəxs bank əməkdaşı kimi təqdim olunursa, ondan özünü təqdim etməsini və bankda qeydiyyatda olan telefon nömrəsi və ya rəsmi e-mail üzərindən geri zəng etməsini tələb etmək olar. Bank əməkdaşları adətən heç vaxt belə panika doğuran cümlələrlə vətəndaşa müraciət etmirlər və bu cür hallarda birbaşa kart bloklanması və ya rəsmi bildiriş üsullarından istifadə edirlər. Ümumiyyətlə müasir dövrdə kiberdələduzluq üsulları getdikcə daha da təkmilləşir, lakin əsas müdafiə vasitəsi vətəndaşın maariflənməsi və şəxsi məlumatlarını qorumağa məsuliyyətli yanaşması olmalıdır. Bu səbəbdən heç bir halda şəxsi və maliyyə məlumatları təsadüfi zəng və ya mesaj vasitəsilə paylaşılmamalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Aprel 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri