Icma.az
close
up
RU
“İt sığınacağı həyatımızı üfunətə çevirib” KƏND SAKİNLƏRİ NARAZILIQ EDİR/ VİDEO

“İt sığınacağı həyatımızı üfunətə çevirib” KƏND SAKİNLƏRİ NARAZILIQ EDİR/ VİDEO

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Göyçay rayonunun Qarabaqqal kəndi sakinləri son günlər kəndin mərkəzinə yaxın ərazidə yaradılan it sığınacağı ilə bağlı ciddi narahatlıq içindədirlər.

Bu barədə rayon sakinləri Gununsesi.info-ya məlumat veriblər.

Sakinlərin sözlərinə görə, yaşadığı evlərin cəmi 10 metrliyində itlər üçün sığınacaq yaradılması nəticəsində ərazidə psixoloji gərginlik, antisanitar vəziyyət və təhlükə yaradıb:

“Ailəm 1992-ci ildən bu kənddə məskunlaşıb, özüm isə 1996-cı ildə burada doğulmuşam. Hazırda 9 nəfərlik ailəmiz bu ünvanda yaşayır. Artıq 20 gündən çoxdur ki, evimizin qarşısında sığınacaq düzəldilərək yüzlərlə küçə iti ora toplanıb.

Gecə-gündüz davam edən hürmə səsləri uşaqların psixologiyasına ciddi təsir göstərir, itlər quzularımıza hücum edərək zərər vurublar. Ətrafda dözülməz qoxu və xəstəlik riski yaranıb. Hətta kənardan ölmüş iribuynuzlu heyvan leşlərini gətirib itlərin qarşısına atırlar. Bu acınacaqlı mənzərəni görən hər kəs dəhşətə gəlir”.

Sakinlər iddia edir ki, əvvəllər Göyçayda yaradılmış it sığınacağı yaşayış məntəqələrindən 5–6 km uzaqda yerləşirdi, lakin indi həmin obyektin Qarabaqqal kəndinə, insanların evlərinin arasına köçürülməsi tamamilə qanunsuzdur:

“Biz küçə itlərinə sığınacaq yaradılmasına qarşı deyilik, lakin bu, insanların yaşadığı ərazilərdən kənarda, sanitar normalara uyğun şəkildə təşkil edilməlidir. Əks halda bu vəziyyət birbaşa bizim həyat və sağlamlığımıza təhlükə yaradır.

Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə müraciət etmişik, lakin icra başçısının müavini Kərim Seyidov şikayətimizi rədd edərək “sığınacaq qalacaq” cavabını verib.

Halbuki, küçə itlərinin saxlanması və onlara nəzarət tədbirləri sanitar-epidemioloji və ekoloji normalara uyğun, yaşayış məntəqələrindən uzaqda həyata keçirilməlidir.
“Heyvanlar aləmi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, evsiz heyvanların saxlanması yalnız sanitar normalara cavab verən yerlərdə təşkil olunmalıdır.

Mən mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Sara xanım Həsənovaya, Ekologiya və Təbii Sərvətlər Nazirinə və digər aidiyyəti qurumlara müraciət edirəm.

Sizdən xahiş edirəm — ailəmizin və uşaqlarımızın sağlamlığının, təhlükəsizliyinin qorunması üçün tədbir görülsün, küçə itlərinin sığınacağı kənddən uzaq bir əraziyə köçürülsün. Dövlət orqanlarını bu məsələyə biganə qalmamağa çağırırıq”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Oktyabr 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri