İtaliya A Seriyasında antirekorda imza atdı
Icma.az, Qol.az saytına istinadən bildirir.
"Milan" klubunun hücumçusu Santyaqo Ximenes A Seriyası tarixində arzuolunmaz göstərici ilə gündəmə gəlib.
QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin yaydığı məlumata görə, meksikalı futbolçu İtaliya çempionatı tarixində bir mövsümdə start heyətində 10 və ya daha çox oyuna çıxıb qol vura bilməyən ilk oyunçu olub.
Bu antirekord A Seriyasının sonuncu, 38-ci turunda "Milan"ın doğma meydanda "Kalyari"yə 1:2 hesabı ilə uduzduğu qarşılaşmadan sonra rəsmiləşib. Ximenes cari mövsüm çempionatda 16 matçda meydana çıxsa da, rəqib qapılarına yol tapa bilməyib və yalnız 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, 25 yaşlı hücumçu 2025-ci ilin fevralında Niderlandın "Feyenoord" klubundan 30 milyon avro qarşılığında "Milan"a transfer olunub. O, bütün turnirlər daxil olmaqla klubun heyətində 37 oyunda 7 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Baxış sayı:135
Bu xəbər 26 May 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















