Icma.az
close
up
RU
İtaliya Azərbaycan Universitetinin fəaliyyət istiqamətləri məqsədyönlü şəkildə müəyyən olunub

İtaliya Azərbaycan Universitetinin fəaliyyət istiqamətləri məqsədyönlü şəkildə müəyyən olunub

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Prezident İlham Əliyevin təşəbbüsü ilə beş il əvvəl İtaliya-Azərbaycan Universitetinin yaradılması ideyası ortaya qoyulmuşdu. Bu təşəbbüs rəsmi səfər zamanı irəli sürülmüş və həyata keçirilməsi ADA Universitetinə həvalə edilmişdi. Qısa müddət ərzində ADA Universiteti İtaliyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq quraraq bu istiqamətdə ciddi addımlar atdı. Sapienza, Boloniya, LUISS, Politecnico di Milano və Politecnico di Torino kimi universitetlərlə əməkdaşlıqlar formalaşdırıldı, birgə proqramlar və müqavilələr imzalandı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında ADA Universitetinin İcraçı prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə İtaylia-Azərbaycan Universitetinin açılmasından danışarkən bildirdi.

"Universitetin fəaliyyət istiqamətləri də məqsədyönlü şəkildə müəyyən olunub. Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynaya biləcək sahələrə, kənd təsərrüfatı, qida təhlükəsizliyi, memarlıq, dizayn, mühəndislik və menecment kimi sahələrə xüsusi diqqət yetirilib. Bu seçim təsadüfi deyil, çünki söhbət yalnız ali təhsildən yox, eyni zamanda ölkənin real ehtiyaclarını qarşılayacaq kadr potensialının formalaşdırılmasından gedir. Artıq bu layihənin nəticələri də özünü göstərməkdədir. Tələbə qəbulu həyata keçirilir, İtaliyadan tanınmış professorlar dərs demək üçün Azərbaycana gəlirlər. Eyni zamanda azərbaycanlı doktorantlar həmin tərəfdaş universitetlərdə təhsil alır, birgə elmi əməkdaşlıq imkanları yaranır. Bu prosesin uğurlu icrası üçün geniş və müasir infrastruktur yaradılıb və dünən də cənab prezidentlərin iştirakı ilə universitetin rəsmi açılışı baş tutdu".

Deputat əlavə etdi ki, həyata keçirilən təşəbbüslər Azərbaycanda təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması, həmçinin tədqiqat və innovasiya sahələrinin inkişafı baxımından olduqca önəmlidir. 

"Bu universitet təkcə peşəkar kadrların hazırlanmasına deyil, eyni zamanda İtaliya və Azərbaycan arasında elmi, mədəni və diplomatik əlaqələrin gücləndirilməsinə də ciddi töhfə verir. Başqa sözlə desək, bu, sadəcə bir təhsil müəssisəsi deyil, eyni zamanda strateji tərəfdaşlığın yeni bir mərhələyə keçidinin simvoludur", - deyə Fariz İsmayılzadə yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Oktyabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri