Icma.az
close
up
RU
İtaliya mediası Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyasından yazıb

İtaliya mediası Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyasından yazıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Roma, 25 iyun, AZƏRTAC

İtaliya mətbuatı Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimini diqqət mərkəzində saxlayıb.

AZƏRTAC xəbər verir ki, ANSA, “Formiche”, “Corriere dell Economia”, “Energia Italia”, “Borsa Italiana”, “La Provincia Unica”, “Industria Italiana”, “Meteoweb”, “Agenzia Nova” kimi saytların yaydığı materiallarda elektrik stansiyasının açılış mərasiminin iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun iştirakı ilə keçirildiyi bildirilir. Qeyd olunur ki, stansiyanın inşasında İtaliya və Çin şirkətləri iştirak edib. Stansiyada İtaliyanın “Ansaldo Energia” şirkəti tərəfindən təchiz olunmuş 4 ədəd müasir qaz turbini və generatorlar quraşdırılıb. “Ansaldo Energia”nın təmin etdiyi AE94.3A qaz turbinləri yüksək istismar çevikliyi, etibarlılığı və sərfəliliyi ilə fərqlənir. Bu avadanlıqlar sayəsində karbon qazı emissiyalarında ciddi azalma və təbii qaz istehlakında böyük qənaət əldə olunacaq. Şirkətin stansiyada quraşdırdığı 2000 meqavatlıq enerji imkanına malik olan qurğu keçmişlə müqayisədə havaya atılmaları 50 faiz azaldacaq. Eyni zamanda, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavat olduğu diqqətə çatdırılır.

Yazılarda İtaliya ilə Azərbaycan, o cümlədən “Ansaldo Energia” və “AzərEnerji” arasındakı əməkdaşlıqdan bəhs olunur, COP29 çərçivəsində iki şirkətin anlaşma memorandumu imzaladığı xatırladılır. Həmçinin strateji əhəmiyyətə malik TAP boru kəmərindən və qaz kəmərinin ötürücülük gücünün ikiqat artırılmasının əhəmiyyətindən bəhs olunur, İtaliya ərazisindən Avropaya daxil olan Azərbaycan qazının 10 Avropa ölkəsinə çatdırıldığı bildirilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see228

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see187

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see149

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see144

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see140

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see136

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see132

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see132

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see130

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see126

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see126

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see124

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see123

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri