İtaliya millisinin baş məşqçi postuna əsas namizəd bəlli oldu Mançinini qabaqlayır
Icma.az bildirir, Sportal.az portalına istinadən.
Antonio Konte İtaliya millisinin baş məşqçisi postuna əsas namizəd hesab olunur.
Sportal.az xəbər verir ki, bu, ölkə Futbol Federasiyasına yeni rəhbərin təyin edilməsindən sonra gündəmə gəlib.
Daha əvvəl federasiyanın prezidenti vəzifəsinə Covanni Malaqo seçilib. O, əvvəllər İtaliya Milli Olimpiya Komitəsinin (CONI) prezidenti olub.
"La Gazzetta dello Sport"un məlumatına görə, Konte millinin baş məşqçisi postuna namizədlər arasında Roberto Mançinini qabaqlayır və favorit sayılır.
Bundan əlavə, Paolo Maldininin milli komandada texniki direktor vəzifəsinə gətirilməsi ehtimalı da nəzərdən keçirilir.
Xatırladaq ki, İtaliya millisinin əvvəlki baş məşqçisi Cennaro Qattuso olub. O, komandanın 2026 dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 23 İyun 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















