İtaliya nəhəngi amerikalını göndərməyə qərar verdi Əvəzinə dünya çempionunu gətirir
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Timoti Vea "Yuventus"dan ayrılmağa yaxındır.
Fanat.Az xəbər verir ki, Turin nəhəngi artıq onun yerinə yeni oyunçu alınması qərarına gəlib.
Gözlənilməz heç nə baş verməsə, 25 yaşlı amerikalı "Olimpik Marsel"ə keçəcək. Məlumatı "La Gazzetta dello Sport" yayıb. Mənbənin məlumatına görə, onu əvəz etəyə əsas namizəd kimi "Atletiko Madrid"dən Nahuel Molina seçilib. "Qoca sinyora"nın argentinalıya marağı bir neçə gün əvvəl məlum olub.
Nahuel Molinanın qiyməti 20 milyon avrodur. 27 yaşlı müdafiəçinin Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. Dünya çempionu ötən mövsüm Dieqo Simeonenin komandasında 46 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Timoti 1995-ci ildə “Qızıl top”u alan Corc Veanın oğludur.
Mirağa
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 27 İyul 2025 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















