İtaliyada 8 milyon avroluq yeni yaxta BATDI
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliyanın Sardiniya adasında Porto Çervo yaxınlığında 30 metr uzunluğunda lüks yaxta mühərrikində yaranan nasazlıqdan sonra batıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Messaggero” qəzeti məlumat yayıb.
Məlumata görə, “Angiola II” adlı yaxtanın göyərtəsində qəza zamanı 14 nəfər – ekipaj üzvləri və sərnişinlər olub. Onların hamısı yaxınlıqdakı digər gəmilərə təxliyə edilib.
Hadisədən sonra yaxta təxminən 7 metr dərinlikdə, Costa Smeralda ərazisində yan üstə qalıb. Məlumata görə, mühərrik nasazlığı nəticəsində yanğın baş verib və su gəminin gövdəsinə daxil olub.
Xilasetmə əməliyyatı La Maddalena liman xidmətləri tərəfindən koordinasiya olunub. Hazırda yaxtanın ərazidən çıxarılması üçün tədbirlər görülür və mümkün ekoloji zərərin qarşısının alınması məqsədilə işlər aparılır.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 12 Avqust 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















