İtaliyada Eni neft şirkətinin obyektində baş verən partlayış nəticəsində iki nəfər ölüb
Icma.az bildirir, Aznews.az portalına istinadən.
İtaliyanın Eni neft-qaz şirkətinin Kalenzano şəhərində (İtaliyanın Toskana bölgəsi) obyektində baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, hazırda dörd nəfər itkin düşənlər siyahısındadır. Partlayışdan sonra hadisə yerində yanğın başlayıb. Səlahiyyətlilər vətəndaşlara pəncərələri bağlı saxlamağı və hadisə yerinə yaxınlaşmamağı tövsiyə edib. Partlayışın səbəbləri hələlik məlum deyil. Mütəxəssislər onları müəyyən etməyə çalışırlar.
Toskana qubernatoru Eugenio Giani əlavə edib ki, regional ətraf mühit agentliyinin mütəxəssisləri çirkləndiricilərin atmosferə hər hansı təsirinin olub-olmadığını qiymətləndirirlər.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 09 Dekabr 2024 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















