İtaliyada məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi qadağan edilib
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
İtaliyada ümumtəhsil məktəblərində orta sinif şagirdlərinin mobil telefonlardan istifadə etməsi qadağan olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın təhsil naziri Cüzeppe Valditara qərar imzalayıb.
Qərara əsasən, yeni tədris ilindən başlayaraq ümumtəhsil məktəblərində orta sinif şagirdlərinin dərs zamanı və ümumilikdə məktəb vaxtı mobil telefondan istifadəsi qadağan edilib. Yalnız müstəsna hallarda əlilliyi və ya xüsusi öyrənmə çətinliyi olan şagirdlərin mobil telefondan istifadə etməsinə icazə veriləcək.
Qeyd edək ki, əvvəllər bu qadağa yalnız ibtidai sinif şagirdlərinə şamil olunurdu.

İtaliyada məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi qadağan edilib
17 İyun 2025 08:10
“Bütün məktəblərdə şagirdlərin telefondan istifadəsi QADAĞAN OLUNACAQ” RƏSMİ
12 Sentyabr 2025 12:54
Məktəblərdə “ədəbsiz” geyimlər qadağan edildi İtaliyada
18 Sentyabr 2025 10:34
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur
18 İyul 2025 14:36
İtaliyada məktəblərdə telefon QADAĞASI
16 İyun 2025 22:50

