Icma.az
close
up
RU
İtaliyada qadınlara qarşı cinayətlərə görə cəza ağırlaşdırıldı

İtaliyada qadınlara qarşı cinayətlərə görə cəza ağırlaşdırıldı

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

İtaliyada sağçı koalisiya hökuməti tərəfindən hazırlanmış və qadın cinayətlərinə görə ömürlük həbs kimi ağır cəzanı nəzərdə tutan qanun layihəsi parlamentin aşağı palatası - Nümayəndələr Palatasında yekdilliklə təsdiqlənib.

Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Baş nazir Corcia Meloni hökumətinin 8 Mart Beynəlxalq Qadınlar Günündən əvvəl ictimaiyyətə təqdim etdiyi, femisidi (qadınlara qarşı yönəlmiş gender əsaslı, qəsdən öldürmə cinayəti-red.) ayrı bir cinayət kimi müəyyən edən və qadınlara qarşı zorakılıq hərəkətlərinə görə sərt cəzalar nəzərdə tutan qanun layihəsi 25 noyabr Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Mübarizə Günündə parlamentdə qüvvəyə minib.

İyul ayında parlamentin yuxarı palatası olan Senatda səsverməyə çıxarılaraq qəbul edilən və yekun təsdiq üçün Nümayəndələr Palatasına göndərilən qanun layihəsi həm hakim partiyadan, həm də müxalifətdən 237 deputatın "lehinə" səsi ilə yekdilliklə qanuniləşib.

Bu düzəliş İtaliya Cinayət Məcəlləsinə femisidə görə cinayətlə bağlı yeni "577-bis" maddəsi əlavəni nəzərdə tutur. Sözügedən maddə qadının sadəcə qadın olduğu üçün nifrət və ya ayrı-seçkilik ehtiva edən hərəkətlərlə və ya hüquqlarını, azadlığını və ya şəxsiyyətini boğmaq niyyəti ilə qətlə yetirilməsi halında cinayətkarın ömürlük həbs cəzasına məhkum edilməsini nəzərdə tutur.

İtaliya KİV-də dərc edilən xəbərlərə görə, Corcia Meloni bu məsələ ilə bağlı açıqlama verərək nəticədən razı qaldığını bildirib.

Qeyd edək ki, mətbuatda dərc olunmuş xəbərlərdə bu ilin 1 yanvar-20 oktyabr tarixlərində ölkədə 85 qadın cinayətinin törədildiyi bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Noyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri