İtaliyanın kişilərdən ibarət milli voleybol komandası dünya çempionu olub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Roma, 28 sentyabr, AZƏRTAC
İtaliya milli yığması kişi komandaları arasında keçirilən voleybol üzrə dünya çempionatının qalibi olub.
AZƏRTAC xəbər verir ki, Filippinin paytaxtı Manilada keçirilən dünya birinciliyinin final oyununda onlar bolqarıstanlılarla qarşılaşıblar və 3:1 hesabı ilə qalib gəliblər.
İtaliya Prezidenti Sercio Mattarella qələbə münasibətilə milli komandanının üzvlərini təbrik edib, onlarla Romanın “Quirinale” Sarayında görüşməyi səbirsizliklə gözlədiyi bildirib.
Baş nazir Ciorcia Meloni isə milli komandanı qalib İtaliyanın qüruru adlandırıb.
İtaliya ardıcıl ikinci dəfə voleybol üzrə dünya çempionu olub. 2022-ci ildə Polşanın Katovitse şəhərindəki çempionatda da İtaliyanın kişilərdən ibarət voleybol komandası birinci yeri tutub. Eyni zamanda, bu, İtaliya millisinin 5-ci (1990-cı, 1994-cü, 1998-ci, 2022-ci və 2025-ci illər) tituludur.
Qeyd edək ki, İtaliyanın qadınlardan ibarət voleybol komandası da sentyabrda dünya çempionu adını qazanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 28 Sentyabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















