İtaliyanın Valtellina vadisində 280 milyon illik fosil ekosistemi tapılıb AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Roma, 14 noyabr, AZƏRTAC
İtaliyanın şimal-şərqindən keçən Alp dağlarının Valtellina vadisində 280 milyon il əvvələ aid fosil ekosistem aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, mütəxəssislər incə dənəli qumdaşı plitələrində fosilləşmiş bütöv bir ekosistemin 280 milyon il ərzində Alp dağlarının zirvəsində gizli qaldığını bildiriblər. İqlim dəyişikliyi ilə əlaqədar qar və buzlaq örtüyünün azalması bu daşlaşmış çöküntülərin aşkarlanmasına səbəb olub.
Orobie Parkında, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə aşkarlanan bu tapıntılar Milanın Təbiət Tarixi Muzeyində keçirilən mətbuat konfransında ilk dəfə nümayiş etdirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:Gəzinti zamanı təsadüfən 280 milyon illik ekosistemi kəşf etdi
24 Noyabr 2024 19:37
İtaliyanın müdafiə naziri Livanda səfərdədir AZƏRTAC
06 Dekabr 2024 17:53
İtaliyanın bu kəndində xəstələnmək qadağandır AZƏRTAC
08 Yanvar 2025 08:28
İtaliyanın G7yə sədrliyi başa çatıb AZƏRTAC
14 Dekabr 2024 15:43
Baxış sayı:121
Bu xəbər 14 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















