İtaliyaya yollanan Qarabağ ın futbolçusu hava limanında problemlə üzləşdi FOTO
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
UEFA Çempionlar Liqasının 5-ci turunda səfərdə "Napoli" ilə qarşılaşacaq "Qarabağ" İtaliyaya yola düşüb.
Ölkə.az xəbər verir ki, matçın baş tutacağı Neapol şəhərinə çarter reysi ilə yollanan Ağdam klubunun bir futbolçusu Heydər Əliyev adına Beynəlxalq Aeroportunda problemlə üzləşib. Söhbət qapıçı Fabiyan Buntiçdən gedir.
Xorvatiyalı qolkiper gömrük məntəqəsində bahalı saatına görə problem yaşayıb. Buna görə də onun təyyarəyə minməsinə icazə verilməyib. Bu müddətdə Buntiç tək olmayıb. Komanda yoldaşı Elvin Cəfərquliyev problemin həllində gömrük işçilərinə, Fabiyana kömək edib. O, tərcüməçilik funksiyasını öz üzərinə götürüb.
Problem 20-30 dəqiqə ərzində aradan qaldırılıb və futbolçular təyyarəyə yollanıblar.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də keçiriləcək.(publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 23 Noyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















