Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İtirilmiş nəslin şairi O niyə gənc olmaqdan bezmişdi?

İtirilmiş nəslin şairi O niyə gənc olmaqdan bezmişdi?

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Təranə Turan Rəhimlinin tanınmış şair Akif Səməd haqqında yazısını təqdim edir.

Akif Səməd 80-ci illər ədəbi nəslinə mənsub şairdir, daha obrazlı desək, milli ədəbiyyatımızda bəxti gətirməyən, “itirilmiş” daha bir ədəbi nəslin nümayəndəsidir. Cəmiyyətin, ictimai quruluşun fövqəladə natarazlığının, bu natarazlıqdan doğan laqeyd münasibətin onun ədəbi taleyindəki izləri də təkcə Akif Səmədin şair taleyinə aid deyil, bütövlükdə 80-cilərin “alın yazısı”dır. Və bu dəfə özünəqədərki və özündənsonrakı ədəbi nəsillərdən fərqli olaraq nədən “itirildiyini” bilməyən, buna hər hansı tutarlı bir səbəblə bəraət (bəlkə də bəhanə deyilməlidir) qazandırmaqda çətinlik çəkən, beyni suallarla dopdolu bu ədəbi nəsil – 80-cilər nə özündən xeyli əvvəlki 20-30-cu illər ədəbi nəsli kimi repressiya qədər ağır, faciəvi bir vəziyyət üzündən “itirilmişdi”, nə də özündən az sonrakı 90-cılar kimi Qarabağ müharibəsi, “keçid dövrü” girdabında əriyib-itmişdi. 80-cilər sovet imperiyasının yenidənqurma fırtınasında başını itirmiş cəmiyyətin laqeydliyinin qurbanına çevrildi. Cəmiyyət bu ədəbi nəslə layiq olduqlarını verə bilmədiyi üçün uzun müddət onları “gənc” adlandırmağa belə məcbur oldu. 90-cı illərin sonlarında Akif Səmədin dilindən eşitdiyim “Qorxuram həştadımızda da bizə “gənc şair” deyələr” ironiyasının özündə də bu ədəbi nəslin daha “gənc” olmaqdan bezdiyini, bu “gənc” adı altında ədəbi prosesdəki yerinin, mövqeyinin dürüst dəyərləndirilmədiyini, “gənc şair” adlanmağın layiq olduqlarını cəmiyyətdən almaq yolunda bir maneəyə çevrildiyini görmək çətin deyildi.

Lakin bütün bunlara baxmayaraq, bu ədəbi nəslin öz yolu vardı və heç nəyə fikir vermədən bu yolda inadla addımlayırdı. Bəzən ruhdan düşürdü, dünyadan küsürdü, onu qınayır, hətta qarğıyırdı, bəzən “Dünya sənin nəyindi ki?!” deyə onu özgə, yad bilirdi, amma yenə də yoluna davam edirdi. Akif Səməd belə bir mətin və inadcıl bir ədəbi nəslin təmsilçisi idi. Akif Səmədin yaradıcılıq yolunu vərəqləmək, ədəbi fəaliyyətinin səhifələrinə nəzər salmaq həm də bütövlükdə 80-cilərin sənətkar əzmi, yazıb-yaratmaq eşqinin mənbəyi, söz sənətinə sevgi və ehtiramının dərəcəsi, ölçüsü haqqında dolğun təsəvvür yaradır.

Akif Səmədə görə “şeir dərddir”, dərd söz olanda, sözə çevriləndə daha qiymətlidir, amma yenə də sözün, şeirin məqamı nə qədər uca olsa da, dərd sözdən daha ağırdır:

“Naz eləmə, sözlü dərviş”,
Söz adama dərd yedirdər.
Dərd var bayatı dedirdər,
Dərd var söz eləmək olmur.

Akif Səməd üçün şeir “yarın yaxasız köynəyinə gedən yoldur”, şair şeir yazmır, “bir qarışqa yuvasına dən daşıyır”, şair “ölüb-dirilir”, öz “canını ağlayır”, gah “dərdini bölür”, gah “dərdinə gülür”. O, “Qardaş, mən şeir yazmıram” – deyəndə də bir tərəfdən şairliyin ağrı-acısını, çətinliklərini dilə gətirirsə, digər tərəfdən “Şair Vaqifdi, vallah” (Molla Pənah Vaqifi nəzərdə tuturdu – T.R) deyə bir sənətkar kimi sonsuz təvazökarlığını büruzə verir.

Onun şeirə, sənətə özünəməxsus, orijinal sənətkar münasibəti vardı. Bu münasibət şairliyin təmənnasızlığından, şeirin, sənətin bütün təbii qaynaqlar kimi heç bir təmənna gözləmədən yarandığından xəbər verirdi. Əməkdaşı olduğu “Mərhəmət” jurnalının 2 iyul 1991-ci il sayında dərc olunmuş şeirlərinə yazdığı təqdim sözündə də bir daha buna işarə edir, şairliyin təmənnasız bir sənət olduğunu vurğulayırdı: “Bulaq öz-özünə gümüldənir, ona görəmi ki, qulaq asan var?! Çiçək açılır, ətir saçır, ona görəmi ki, dərən var, qoxlayan var?! Yox, yox, yox… Mən də eləcə… Şeir ha yazmıram, dərdimi pıçıldayıram öz-özümə., canımı ağlayıram. Çap edən də sağ olsun, etməyən də. Oxuyan da sağ olsun, oxumayan da. Dinləyən də, dinləməyən də…”

Akif Səməd barədə dəfələrlə “sufi şair”, “Haqq şairi” ifadələri işlədilib. Şairi Azərbaycan ənənəvi şeirinin ən layiqli davamçılarından biri hesab edən ədəbiyyatşünas və tənqidçilər onun yaradıcılığında sufizmin dərin izlərini görüblər. Sufilik Akif Səməd şeirlərində güclü, iti dərd axınının içindən bir işıq seli kimi süzülüb keçir, şairin lirik qəhrəmanı dərdin özü ilə birgə böyüyür, fəzilətə çatır, hikmət sahibi olur, “Dost istəsən, Allah yetər”, “Hamı sənə baxsa, sən Ona bax, Ona” deyə insanı ulu Yaradana sığınmağa, Ona tapınmağa, Onu dərk etməyə səsləyir. “Güzgünü görəndə” Allahı görməyi, “gül-çiçək dərəndə” Onu yada salmağı.. həmişə, hər yerdə Ona baxmağı tövsiyə edir:

Sultanı, qulu ol,
Yolçusu, yolu ol,
Ürəyi dolu ol,
Sən Ona bax, Ona.

“Şeir işıqdır, eşqdir, etirafdır” – deyir Akif Səməd. Şairin hər misrasında inci kimi düzümlənib vərəq-vərəq böyüyən bu işığın, eşqin, etirafın səsi eşidilir, həniri, nəfəsi duyulur. Bu işıq qaranlıq ürəkləri aydınlığa çıxarır, bu eşq bizi Əsli-Kərəmə qaytarır, bu etiraf mürgülü duyğuları oyadır. Və elə şairin şairliyi, dolaylarında, cığırlarında cahanı azdıran, ömürlərə bənzəməyən şair ömrünün böyüklüyü də burdan başlanır.

Əsrlər boyu bəşər övladı ömrün qısalığından şikayətlənirsə, gördüyü işlərin yarımçıq qalacağından qorxursa, Akif Səməd “Ömür yaman uzundur” – deyir. Şair dövründənmi gileylidir, taleyindənmi şikayətlənir ?! Yoxsa… Bu kimi poetik suallara onun şeirlərində cavab tapmaq mümkündür. Akif Səmədin mövcud olduğu aləmə sığmayan bir poeziya aləmi var. Bu aləm dünya içində dünyadır. Bu dünyanın isə öz orbiti var və oradakı hərəkət də, sükunət də içində yaşadığımız dünyanın qanunauyğunluqları ilə çox vaxt uzlaşmır. Ona görə də şairin şeirləri əsasən oxucunun gözlədiyi nəticə – ənənəvi sonluqla deyil, həyata fərqli yanaşmadan irəli gələn fəlsəfi yozum və dərin məntiqlə bitir. “Ömür yaman uzundur” şeiri kimi…

Əcəlin nazı yaxşı,
Ölümün sazı yaxşı,
Hər şeyin azı yaxşı,
Ömür yaman uzundur.

Bu dağlar göymü, yermi?
Bu göy göymü, yer yermi?
Yaşamağa dəyərmi?
Ömür yaman uzundur.

Onun şeirlərində bəzən hansısa deyim, ifadə, söz biçimi tənqidi razı salmaya bilər, amma bu şeirlərdəki poetik qənaət həmişə “adamın belini sındırır” (Ağamalı Sadiq Əfəndi). Bu qənaətdən sonra artıq sözə, poetik izaha ehtiyac qalmır.

Akifin ilk şeirlər kitabı “Qiblə yelləri” 1992-ci ildə “Yazıçı” nəşriyyatında çap olunub. Dostlarına böyük təvazökarlıqla təqdim etdiyi bu ilk kitabı əslində onun çoxdan təsdiqlədiyi ədəbi kimliyinin gecikmiş rəsmi təsdiqi idi. Kitabın “Uzaqlardan gəlirik…”, “İncəyə məktub”, “Əsli düymələri” adlı bölmələrində Akifin ənənəvi mövzulara fərqli sənətkar münasibəti öz əksini tapmışdı. Bu şeirlərin hər birində Akif Səmədin şair dünyasının fərdiliyi, özünəməxsusluğu diqqəti cəlb edirdi. “Durna lələyi” şeirində olduğu kimi:

Bir durna lələyi tapdım bu payız,
Kədər, qəm əlindən karıxıb gəlib.
Bağdad torpağında, Bağdad elində
Füzuli misrası darıxıb gəlib.

Bizcə, bu misralardakı poetikliyin şərhinə ehtiyac yoxdur. Onun bütün şeirlərində sözün məna çalarlarına yaradıcı münasibət, onu cilaladıqca cilalamaq, fərqli məntiqlə, fəlsəfi yozumla demək, oxucunu şeirdə gözləmədiyi poetik sonluqla üz-üzə qoymaq, təəccübləndirmək, düşündürmək… Akif Səməd şeiriyyətinin ümdə məziyyətlərindəndir. Bir şeirinin əvvəlində:

Necə daşdı, nə daşıdı?
Yol daşıdı, baş daşıdı?
Göydən düşüb, yerdən çıxıb?
Güllü yolun qırağıdı,
Bura daşı kim daşıdı?

– deyən şair sonra gözlənilməz sonluqla fikrini tamamlayır:

Qadan alım, Akif Səməd,
Şairliyin baş apardı.
Adi daşdı, yola düşüb,
Niyə düşüb, hardan düşüb?
Yazıq daşın nə günahı,
Sənin yolun burdan düşüb?

Akif Səmədin “Mən, sən, dəniz”, “Bu qıza ağıl ver”, “Açılmaz düyməsi xanım Əslinin”, “Sənsizlik” və s. şeirləri lirik şeirimizin yeni yaradıcılıq keyfiyyətləri ilə diqqəti çəkən ən gözəl nümunələrindəndir. Şair “Uzaqlardan gəlirik” (1994), “Adəmdən” (1995), “Özümə yol” (1996) kitablarında da lirikanın fərqli mövzularına həsr olunmuş poetik inciləri oxucularına təqdim edir. Onun “Məni bir könülün yüz ahı tutdu”, “Akif yara qismət, yar ayrılığa”, “Təkcə bir gözələ görə Dünyanı sevməyə dəyər”, “Səni gördüm – bu dünyaya Niyə gəldiyimi bildim”, “Mən məni harda itirdim, Mən məni kimdə gəzirəm”, “Dünyanın varı gəlməsin, Adama bircə o gəlsin”, “Oğulların bir-bir itir Dağlar, Bakı gecəsində”, “İstəsəm ləlnən oynardım, Bazarımdan keçdim gəldim” kimi misraları bu lirikanın dəyərini təmin edir. Şairin “Yaxşılıq elə toxumdu, Ürəklə ək, daşda bitər”, “Ölüm var ki, ömür kimi, Ömür var ölümdən betər”, “Dost istəsən özünə dön, Dost istəsən Allah yetər” misraları isə dərin hikmət və fəziləti ifadə edən aforizmlər kimi səslənir.

Akif Səməd yazdığı hər misranın içində doğulurdu, hər sözün içində yaşayırdı. Nə yazırdısa ürəklə yazırdı, ürəkdən yazırdı. Gördüyü hər işi ürəklə görürdü. Bunu onun ədəbi-publisistik fəaliyyətini diqqətlə üzlədiyim vaxtlarda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Gənc müəllim” qəzetində, “Mərhəmət” dərgisində, Azərbaycan Teleradio Şirkətində çalışdığı illərdə dönə-dönə müşahidə etmişdim. Bəlkə buna görədir ki, adlarını qeyd etdiyim mətbu orqanlarındakı yazılarında, tənqidi-publisistik məqalələrində, şeirlərində, “Bulaq” verilişindəki təbii, səmimi söhbətlərində Akifin ürəyinin səsi, döyüntüləri aydın eşidilirdi. Ürəklə yazıb-yaradırdı, ürəklə yaşayırdı, ürəkli də getdi. Qədim türk adlarını verdiyi, varlıqları ilə öyündüyü övladlarına ünvanladığı bir şeirində yazdığı kimi…

Atilayım, Çilənayım,
Sorsalar atanız hanı,
Çaşma, ləngimə, təngimə,
Göstər beş-altı qoşmamı.

Dünyaya sözü olmadı,
Söylə ki, ürəkdən getdi.
Heç nədə gözü olmadı,
Gəlmişdi ürəknən getdi.

Akif Səmədin poetik dünyasının orijinallığı, sözə təzə “don biçmək”, sözün “köhnə qəlibini dağıtmaq”, ona daha yeni nəsə əlavə etmək cəhdi və çox vaxt buna nail olmaq bacarığı milli poeziyamızın qazancıdır. Tənqidçi Cavanşir Yusifli şairin sənət mövqeyini, poeziyamızdakı yerini daha dəqiq müəyyənləşdirir: “…Akif Səməd Azərbaycanda uzun illər boyu dağıdılıb yerlə yeksan edilmiş çox nəhəng bir ənənəni – batindən gəlmək təcrübəsini, sehr tülünə bürünərək, janrı da həmin sehrin dilinə çevirmək, sözün enerjisini götürüb “qabığından” imtina etmək… ənənəsini bərpa etməklə məşğul idi. Akif çoxlarından fərqli olaraq janrın içindəki enerji ilə “oynaya” bilirdi, var gücünü toplayıb ənənənin özünə qarşı nəsə qoymaq istəyirdi… dünyanın, gərdişin hansı məqamı və anındasa itib-batmış batini sirləri şeirə gətirirdi. Akif şeirdə dünyanın hansı qədim qatındasa insanların ibadət etdiyi, inanıb tapındığı pirlərin, ocaqların, təriqət ocaqlarının havasını yaratmaq istəyirdi… çox nəhəng və əzəmətli, insanın əhədini kəsən işin altına girmək istəyirdi. Bu yükü daşımaq, daşıyıb da uzun ömür sürmək mümkün deyildi”. Akif də sanki bunu duyurdu:

Ölmək də olmur, ay Tanrı,
İlin-günün bu vaxtında.
Hörmətin su qiymətində,
Şeirin-sözün su vaxtında.

– yazmasına rəğmən “bir başdaşına söykənib nə vaxt öldüyünü bilən” şairin ürəyi bu yükə tablamadı, “yaman uzundur” dediyi ömrə çox erkən vida etdi. Amma özündən sonra sözünün qalacağını, qalan ömrünü şeirlərinin içində yaşayacağını bilərək getdi. Çünki, “Yüz il sonra sorsan bəs o hardadır, Hər beyti səslənər: “Burda, burdadır!” – deyən sələfi Nizami Gəncəvi kimi, “Seyyida, ölmərəm, Aləmdə səsim var mənim!” – deyən Seyid Əzim Şirvani tək Akif Səməd də aləmdə səsinin qalacağını bilirdi:

Hər yetənə baş qoşma,
Baş ağırdı, başqoşma?!
Akif, səndən beş qoşma
Deyirdin qala, qaldı.

O, “Hamının təranəsi, səsi, şərqisi özündən gözəldir” yazırdı. Akif Səmədə görə, səs İnsanın özündən daha ucadır, o çox uzaqlardan yol alıb gəlir və çox uzaqlara gedir… Akifin öz şeirlərindəki səs kimi…

Akif Səmədə

Dərvişdi, dağlar yıxmışdı,
Baxtdan, yığvaldan yığmışdı,
Yolçuydu yola çıxmışdı
Haqqa sarı, içində Haqq.

İncə dərəsi deyincə
Kövrəldi, doldu doyunca.
Xramçay, Araz boyunca
Yurd həsrəti – öcündə Haqq.

Bir inamın qurbanıydı,
Təbriz, Borçalı canıydı,
Bir karvanın sarbanıydı,
Yükü ağır, köçündə Haqq.

Hanı Akif Səməd, hanı?
Haqq aşığı, Haqq dastanı,
Mürəkkəbi şəhid qanı,
Qələminin ucunda Haqq.

Kamal Abdullanın yeni kitabı çap olundu Bayquş və qarovulçu - İmamverdi İsmayılovun hekayəsi "Sevdiyin qadının şəklini çək, paylaş!" - Cəlil Cavanşir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 İyul 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri