Icma.az
close
up
RU
İtirilmiş yurdun yadigarları

İtirilmiş yurdun yadigarları

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıtdakı “Didərgin muzey” Qərbi Azərbaycan nisgilinə ayna tutur

Əslən Qərbi Azərbaycanın Qafan rayonunun Həçəti kəndindənəm. 1957-ci il avqustun 18-də anadan olmuşam. 1981-ci ilə qədər doğulduğum kənddə, sonra isə iş yerimlə əlaqədar Qafan şəhərinə yaxın Zeyvə qəsəbəsində yaşamışam. Kəndimiz Kiçik Qafqaz dağlarının ətəyində yerləşirdi. Hər tərəf sıx meşələrlə örtülmüşdü. Kəndimizdə çox qədim Alban qəbiristanlığı, Alban kilsəsi vardı. Bu kəndin əhalisi, əsasən, maldarlıqla məşğul olurdu. Kənd Qafan rayonunun mərkəzindən 30 kilometr şimal-qərbdə yerləşirdi.

1905-1918-ci, eləcə də 1948-1956-cı illərdə ermənilər Qafan rayonunda yerləşən Azərbaycan kəndlərinə hücumlar etmişdilər. Əhali özünü qorumaq məqsədilə bu əraziyə yaxın olan Naxçıvan Muxtar Respublikasına və Qubadlı-Zəngilan bölgəsinə pənah aparmışdı. Yaşlı nəslin danışdığına görə, onlar yalnız erməni talanları qurtardıqdan sonra yenidən öz yurdlarına qayıtmışdılar.

1988-ci ildə isə ermənilər yenidən Qafanda, eləcə də bura yaxın olan Qacaran şəhərində azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. Mitinqlərdə əsas mövzu “Qarabağ bizimdir” şüarı idi. Biz bu ideyanın ilk öncə nədən ibarət olduğunu başa düşmürdük. Erməni millətçiləri şəhər və kəndlərdə yaşayan həmvətənlərimizə hücum edir, iş yerlərində, şəhərlərin küçə və meydanlarında soydaşlarımıza qarşı görünməmiş vəhşiliklər törədirdilər. Onlar azərbaycanlılardan şəhəri təcili tərk etmələrini tələb edirdilər. Bu tələbin qarşısında aciz qalmayan azərbaycanlılar onlara layiqli cavab verdikdə, bu, böyük silahlı toqquşmalara gətirib çıxarırdı. Nəticədə həmyerlilərimizin günahsız qanı tökülür, onlar əsassız yerə həbs olunur və mülkləri yandırılırdı. Yerli hökumət orqanları tərəfindən müdafiə olunmayan azərbaycanlılar məcburi surətdə doğulub boya–başa çatdıqları torpağı tərk edirdilər.

Belə bir ağır taleyi yaşamaq mənim də bəxtimə düşmüşdür. Belə ki, mən öz doğma vətənimi tərk edərkən ev əşyalarımdan heç bir şey gətirə bilmədim. Amma əvəzində Zəngəzurla bağlı çox sayda muzey eksponatı gətirdim. O zaman Qafan rayonu 21 nömrəli texniki-peşə məktəbində müəllim işləyirdim. Hər gün işimlə əlaqədar Qafan şəhərində olurdum. Bir gün işdən çıxıb gələrkən ermənilər məni avtobusa minməyə qoymadılar. Mənə əl-qol atdılar və hədələdilər:

– Bu gün səni öldürmürük, get evinə, onsuz da sizin yaşadığınız qəsəbəni bütövlüklə yandıracağıq.

Məni təhqir edən, təpikləyən ermənilərdən canımı qutarıb evə gəldim. Ev əşyalarımı daşımağı ağlıma belə gətirmirdim. Müəllim işlədiyim Müsəlləm kənd 8 illik məktəbinə getdim. Uzun illər burada sevə-sevə topladığım eksponatları qonşunun yük maşınında mənzilimə gətirdim. Oradan isə bu əşyaları böyük bir çətinliklə də olsa, Azərbaycana keçirə bildim. Bu gün həmin eksponantlar Sumqayıt Şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Didərgin muzey” adı ilə bir guşədə yerləşdirilmişdir.

1993-cü il dekabrın 28-də ulu öndərimiz Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra Sumqayıta səfər etmişdi. O zaman mən dahi şəxsiyyəti muzeyin girişində qarşılayanlardan biri olmuşam və “Didərgin muzey”lə bağlı, təxminən, iyirmi dəqiqə Ulu öndərə məlumat vermişəm.

Ev əşyalarımın yerinə Zəngəzurun tarixi ilə bağlı 350-dən artıq eksponatı gətirdiyimi biləndə Ulu öndər təşəkkür etdi. Mən tezliklə Sumqayıt Şəhər İcra Hakimiyyətində işə qəbul olundum. Həmin vaxtdan 2006-cı il iyunun 1-dək şəhər icra hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləmişəm.

Hazırda Sumqayıt şəhər 39 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıram.

Bəxşeyiş ƏLƏMŞAHOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri