“Şəhidlərə həsr olunmuş nəşrlərin hazırlanması’’ layihəsinin icrasına başlanılıb
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Mədəniyyətin TəbliğI İctimai Birliyi “Şəhidlərə həsr olunmuş nəşrlərin hazırlanması” layihəsinin icrasına başlayıb. Bu haqda Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova məlumat verib.

“Şirin ömür payım vətənə qurban’’ adlı kitabın hazırlıq mərhələsi ərəfəsində olan layihənin rəhbəri Jalə Cəfərova bu fəaliyyətlə bağlı Naxçıvan MR-dan yeni qayıdıb: “Bu bölgədən üç şəhidimiz (Məmmədov Şəhriyar Bayram oğlu, Sadiqov Emin Rəşadət oğlu, İsmayılov Abbasəli İmanqulu oğlu) haqqında geniş məlumat toplamışam. Hər bir şəhid ailəsinə bir gün vaxt ayrılıb. Şəhidlərimizin ailə üzvləri və döyüş yoldaşları ilə müsahibə aparmışam.

İsmayılov Abbasəli və Məmmədov Şəhriyar Babək rayonu Qahab kənd sakinidir. Sadiqov Emin isə Şahbuzda dünyaya göz açıb. Abbasəli və Emin Vətən müharibəsi şəhidləridir. Məmmədov Şəhriyar isə 2013-cü ildə Ağdamda şəhid olub. Növbəti səfər 7-8 iyulda baş tutacaq. Bu dəfə yolumuz Saatlı rayonu Məmmədabad kənd sakini şəhid Bayramov Azad Yusif oğlu haqda məlumat toplanacaq”.
Bu mövzuda digər xəbərlər:Şəhidlərə həsr olunmuş kitablar MEKə təqdim olunub
02 Dekabr 2024 18:14
Şəhidlərə həsr olunmuş nəşrlər MEK ə təqdim edilib
17 Oktyabr 2025 17:47
Şəhidlərə həsr olunan mahnılar Videolar
20 Yanvar 2025 10:47
Şəhidlərə ehtiramımız əbədidir
01 Oktyabr 2025 12:30
“Solo gənclik” layihəsinin icrasına başlanılıb
25 Noyabr 2024 16:46
Baxış sayı:54
Bu xəbər 06 İyul 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















