İtkin düşən vəkil meşədə ölü tapıldı FOTO
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Leninqrad vilayətində avqustun 10-da itkin düşən vəkil Şamil Axayev ölü tapılıb.
Bakıvaxtı.az “Baza”ya istinadən xəbər verir ki, Axayevin meyiti beş gün davam edən axtarışlardan sonra meşəlik ərazidə aşkarlanıb.
Meyitdə boğulma izlərinin olduğu bildirilir.
Vəkil Şamil Axayev avqustun 10-da itkin düşüb. Həmin gün o, Repino qəsəbəsinə gedərək dostu ilə restoranda görüşməyi planlaşdırıb. Bir neçə saat sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Restoran əməkdaşları Axayevin yaxınlarına onun həmin məkana gəlmədiyini bildiriblər.
Yaxınlarının sözlərinə görə, Axayev peşə fəaliyyəti ilə əlaqədar ona təhdidlər gəldiyini deyib. Son vaxtlar o, izlənilməkdən ehtiyat etdiyi üçün çatdırılma xidmətlərindən istifadə etməyib, taksi sifarişlərini isə oğlunun telefonundan verib.
Şamil Axayev Sankt-Peterburq vəkili olub. O, bir sıra digər böyük cinayət işləri də daxil olmaqla, geniş rezonans doğuran məhkəmə proseslərində iştirakı ilə ictimaiyyət arasında tanınıb. Hadisənin dəqiq səbəbləri və vəkilin ölümünün hansı şəraitdə baş verdiyi araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 15 Avqust 2026 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















