İtlər cins toyuqlarını parçaladı, məhkəməyə üz tutdu
Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyalı qadın it sürüsü onun cins toyuqlarını parçaladığı üçün məhkəməyə üz tutub.
Publika.az xəbər verir ki, hadisə Kalininqrad yaxınlığında baş verib.
Rus qadın toyuqlarını parçalayan itlərin sahibi olan qonşusunu məhkəməyə verib.
Kalininqrad vilayət məhkəməsinin yaydığı məlumata görə, bu ilin iyul ayında Pravdinski rayon sakininin 12 iti qonşu qadının toyuq hininə daxil olub. Heyvanlar cins 29 toyuğu parçalayıb. Qadın maddi ziyanın və mənəvi zərərin ödənilməsini tələb edib.
O, iddia ərizəsində qeyd edib ki, toyuqlarını parçalayan itlər çox vaxt kənd sakinlərini narahat edir, çünki sahibi onları nəzarətsiz qoyur.
Məhkəmə cavabdehin dəymiş ziyana görə 40 min rubla yaxın pul, habelə dövlət rüsumu ödəməsinə qərar verib.
Ləman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 16 Noyabr 2024 04:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















