Icma.az
close
up
RU
İTM in sevimli şirkəti: “Medsol” bir ildə qurumdan nə qədər pul qazanıb?

İTM in sevimli şirkəti: “Medsol” bir ildə qurumdan nə qədər pul qazanıb?

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

TƏBİB-in tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi daha bir milyonluq tenderə imza atıb.

Tribunainfo.az xəbər verir ki, dünən açıqlanan nəticələrə görə, “Medsol” MMC ilə 20 milyon 901 min 546 manatlıq anlaşma əldə olunub.
Rəsmi mənbələrdə qeyd edilir ki, İTM bu pula şirkətdən klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alacaq. Həmin mallar isə üç tibb mərkəzi üçün nəzərdə tutulub.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, əslində “Medsol” MMC İTM-in sevimli şirkətləri sırasında ən öndə gələnlərdəndir. Belə ki, təkcə 2025-ci ildə Mərkəz MMC-ni daha iki tenderin qalibi edib. Onlardan biri bu ilin 29 iyulunda reallaşıb. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər ilə bağlı xərclər çərçivəsində sərfiyyat mallarının satın alınması”nı əhatə edən bu tender razılaşmasının dəyəri 840 min 406 manat təşkil edib.


İkinci tender isə “Maqnit Rezonans Tomoqrafiya (MRT) avadanlıqları üçün maye halında helium qazının (dolum xidmətləri daxil) və ehtiyyat hissələri”nin satın alınması ilə bağlı olub. “MEDSOL”la 10.02.2025-ci ildə bağlanılmış müqavilənin dəyəri 521 min 713 manat olub.
Araşırmalar zaman o da məlum olub ki, 2024-cü il “Medsol” MMC üçün daha “məhsuldar” olub. Çünki ötən il şirkəti İTM-in 6 çox bahalı tenderlərinin qalibi olub. Onlar aşağıdakılardır:
25.12.2024: Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi ləvazimat və avadanlıqların satın alınması- 7 milyon 897 min 12 manat;
13.12.2024: “Fizioterapiya üçün tələb olunan spesifik cihaz və avadanlıqlar”ın satın alınması- 21 milyon 40 min 228 manat;
30.10.2024: “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramının icrası məqsədilə tibbi avadanlıqların və sərfiyyat malları”nın satın alınması- 607 min 561 manat;
23.08.2024: “Koxlear implantasiya proqramı çərçivəsində eşitmə cihazlarının xarici qurğuları”nın satın alınması- 1 milyon 42 min 530 manat;
21.08.2024: “Neyrocərrahiyyə əməliyyatlarının icrasında istifadə üçün nəzərdə tutulmuş tibbi cihaz, avadanlıq, ləvazimat və alətlər”in satın alınması- 19 milyon 606 min 598 manat;
02.08.2024: “Travmatologiya, ortopediya və üz-çənə cərrahiyyəsi əməliyyatlarında istifadə üçün nəzərdə tutulmuş tibbi sərfiyyat malları”nın satın alınması – 3 milyon 752 min 922 manat.
Nəzərinizə çatdırsaq ki, “Medsol” MMC 2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 100 AZN təşkil edib. Şirkətin qanuni təmsilçisi Qabil Salmanov Nazim oğludur. Hüquqi ünvanı AZ1078, Bakı Şəhəri Nəsimi Rayonu, Abbas Səhhət, ev 2F, m. 0 ünvanında yerləşir.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 12 Avqust 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri