Icma.az
close
up
RU
İTSDA: Xroniki böyrək çatışmazlığı olan vətəndaşlara 1480 dən çox ilkin hemodializ xidməti göstərilib

İTSDA: Xroniki böyrək çatışmazlığı olan vətəndaşlara 1480 dən çox ilkin hemodializ xidməti göstərilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 iyun, AZƏRTAC

Ötən il ərzində kəskin və xroniki böyrək çatışmazlığı olan vətəndaşlara icbari tibbi sığorta hesabına 1480-dən çox ilkin hemodializ seansı icra olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dializ böyrəklərin filtrasiya qabiliyyətinin itirilməsi səbəbindən qanda toplanan zəhərli maddələrin çıxarılmasının unikal üsuludur. Prosedurun mahiyyəti insanın həyat keyfiyyətini yaxşılaşdırmaq üçün qanın təcili təmizlənməsi, su-duz və turşu-əsas balansının bərpasıdır. Bu müalicə üsulu əsasən kəskin və xroniki böyrək çatışmazlığı olan pasiyentlərdə tətbiq edilir. Dializin iki əsas növü mövcuddur: hemodializ və peritoneal dializ.

Hemodializ zamanı böyrəklərin filtrasiya funksiyası süni dializator aparatı vasitəsilə həyata keçirilir. Tibb müəssisəsində aparılan bu prosedur pasiyentin vəziyyətini stabilləşdirir, həyat keyfiyyətini artırır və ömrünü uzadır.

Peritoneal dializ isə qarın boşluğuna yerləşdirilən qalıcı kateter vasitəsilə aparılır. Kateter xəstəxana şəraitində yerləşdirilir və pasiyentə uzunmüddətli dializ imkanı yaradır. Peritoneal dializ xəstənin ixtisaslaşdırılmış mərkəzdə prosedurdan keçə bilmədiyi və ya standart manipulyasiyaya ciddi əks göstərişlər olduğu hallarda təyin edilir. Peritoneal dializin mühüm üstünlüyü onun ev şəraitində tətbiq oluna bilməsidir.

Kateterizasiyadan əlavə, uzunmüddətli hemodializ üçün sürətli qan dövranını təmin etmək məqsədilə arteriya və vena arasında süni birləşmə — arterio-venoz fistul əməliyyatı həyata keçirilir. Bu üsul infeksiya riskinin aşağı, uzunömürlü olması səbəbindən "qızıl standart" sayılır. Arterio-venoz fistul, adətən, damar-cərrahı tərəfindən yerli anesteziya və ya sedasiya altında aparılır.

Ötən il hemodializin həyata keçirilməsi məqsədilə icbari tibbi sığorta hesabına 1095 pasiyentə qalıcı venoz kateter yerləşdirilib. Həmçinin xroniki böyrək çatışmazlığı olan pasiyentlərə 567 arterio-venoz fistul əməliyyatı icra olunub.

Qeyd edək ki, hemodializ üçün müvəqqəti və qalıcı kateterlərin yerləşdirilməsi, arterio-venoz fistul əməliyyatının icrası, anesteziya xidməti, damarların angioplastikası (balon və ya stent daxil olmaqla), ilkin hemodializ və peritoneal dializ xidmətləri icbari tibbi sığorta təminatına daxildir. Bu xidmətlər tibbi göstərişə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və İTSDA ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndərişlə həyata keçirilir.

Proqramlı hemodializ üçün isə vətəndaşlar “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin (hemodializ, periton dializi) təşkili və təkmilləşdirilməsinə dair Komissiya”sında qeydiyyata düşməlidirlər.

Komissiyada qeydiyyata düşməzdən əvvəl vətəndaşa göstərilən ilkin hemodializ xidməti icbari tibbi sığorta hesabına qarşılanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri