Icma.az
close
up
RU
ittihamlar “Abşeron A1” MTK nın nümayəndəsinə hökm oxundu: özünü sədr kimi təqdim edib Yeni Gündəm

ittihamlar “Abşeron A1” MTK nın nümayəndəsinə hökm oxundu: özünü sədr kimi təqdim edib Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat verir.

Barəsində çoxsaylı şikayətlərin olduğu MTK-nın sədr müavini hakim qarşısına çıxarılıb. O, özünü sədr kimi təqdim edərək vətəndaşdan 46 min manat alıb. Qarşılığında isə ona mənzil satacağını deyib. Aldadılan vətəndaş pulunu 5 ilin sonunda geri ala bilib.

Musavat.com xəbər verir ki, söhbət Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa olunan “Abşeron A1” MTK-da baş verən cinayət hadisəsindən gedir.

Bu, MTK-da baş verən ilk dələduzluq hadisəsi olmayıb.

MTK-nın sədr müavini olmuş Etibar Ağayev Cinayət Məcəlləsinin dələduzluq və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək məhkəmə önünə çıxarılıb. Barəsində şikayətdən sonra həbs edilən, lakin 7 gün həbsdə qalaraq ev dustaqlığına buraxılan Etibar Ağayev 46 minlik dələduzluqda ittiham edilib.

Belə ki, Etibar Ağayev mənzil almaq istəyən Əhməd adlı şəxsi aldatmaqda ittiham edilir. Əhməd adlı şəxs MTK-dan mənzil almaq istəyərkən Etibar Ağayev özünü MTK-nın sədri kimi təqdim edib. Bunda məqsədi Əhmədi mənzil satmaq səlahiyyəti olmasına inandırmaq olub. Belə də olub…

Əhməd ona inanıb və MTK-dan mənzil almaqla bağlı razılaşıblar. Etibar Ağayev MTK-da mənzilini satışa çıxaran əvvəlki müştərilərdən Nəbi ilə danışıb. Çünki MTK-da Əhmədə təklif edə biləcəyi boş mənzil olmayıb. 2014-cü ildə MTK-dan mənzil alan Nəbi evini 46 min manata satmağa razılaşıb. Etibar Ağayev bundan istifadə edərək satışdan qazanc əldə etməyi planlaşdırıb.

“Əhməd və xanımına mənzili göstərdim. 46 min manata razılaşdıq. Sonra Nəbiyə 500 manat beh verdim ki, mənzili başqasına satmasın. Əhməd pulu düzəldəndən sonra mənə zəng etdi. Dedi ki, 34 min düzəldib, 12 mini isə qısa zamanda verəcək. Amma Nəbi fikrini dəyişdi və evi 55 minə satmaq istədiyini dedi, behi də qaytardı. Mən düşündüm ki, Əhməddən 46 min alaram, sonra da Nəbini razı salaram. Əhməd 34 mini verdikdən sonra qalan məbləği hissə-hissə mənə ödədi”, – deyə Etibar Ağayev ifadəsinə əlavə edib.

Mənzilin ilk sahibinin razılığı olmadan Etibar Ağayev yeni müqavilə çap edərək mənzili Əhmədin adına rəsmiləşdirib və ona müqavilə verib. Bir müddət keçəndən sonra Əhməd və xanımı evə baxmağa gələndə mənzilin qapısının dəyişdirildiyini, evdə təmir işləri getdiyini görüblər. Etibar Ağayev də elə bu zaman xəbər tutub ki, Nəbi mənzili başqa adama satıb. Mənzili alan adam da artıq təmirə başlayıb.

Etibar Ağayev bu vəziyyətdən çıxmaq üçün Əhmədə MTK-da başqa bir mənzil təklif edib. Həmin mənzil də boş olmayıb və sahibi Elçin adlı şəxs olub. Həmin mənzilin qapısı olmadığı üçün Etibar Ağayev Əhməd və xanımını inandıra bilib ki, mənzil boşdur və sahibi yoxdur. Bu dəfə də onlara yeni müqavilə verərək vaxt qazanıb.

Etibar Ağayev söyləyib ki, aldığı pulu maddi ehtiyaclarına xərcləyib. Məqsədi Əhmədi aldatmaq olmayıb. Bildirib ki, işdən çıxarıldıqdan sonra da zərərçəkmişin pulunu qaytarmağa gücü çatmayıb.

Zərərçəkmiş tərəf onlara təqdim edilən ikinci evin də başqa şəxsə aid olduğunu biliblər. Şikayətlərdən sonra Etibar Ağayevin MTK-nın sədri olmadığını anlayıblar. Bundan sonra polisə üz tutan zərərçəkmiş tərəf aldadıldığını başa düşüb. Çoxsaylı şikayətlərdən sonra Etibar Ağayev cinayət məsuliyyətə cəlb edilib. İşdən çıxarılan E.Ağayev barəsində dələduzluq və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı dövründə Etibar Ağayev dəymiş ziyanı ödəyib. Buna görə də zərərçəkmiş şəxs ondan şikayətçi olmadığını, bağışladığını bildirib.

Məhkəmənin hökmü ilə Etibar Ağayev barəsində dələduzluq ittihamı ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Abşeron Rayon Məhkəməsi Etibar Ağayev barəsində vəzifə saxtakarlığı maddəsi ilə cəza təyin etməyib. Buna səbəb cəlbetmə müddətinin keçməsi olub. Etibar Ağayev 2019-cu ildən 2022-ci ilədək MTK-da müavin vəzifəsində işləyib. Dələduzluq hadisəsi isə 2021-ci ildə baş verib.

“Abşeron A1” MTK-nı riskli şirkətlərdən hesab etmək olar. Çünki MTK-dan mənzil alan çoxsaylı şəxslərin şikayət və narazılıqları sosial şəbəkələrdə və mediada dərc edilib. Vətəndaşlar müxtəlif yollarla MTK rəhbərliyi və ya digər məsul şəxslər tərəfindən aldadıldıqlarını ictimiləşdiriblər.

Çoxsaylı şikayətlərdə vətəndaşlar MTK-nın sədri kimi Ağamoğlan Duman oğlu Ağayevin adını qeyd edirlər. Aldadılanlar arasında yazıçı Rövşən Yerfi (Rövşən Həsənli) də var. O da mənzil almaq üçün müraciət etdiyi “Abşeron A1” MTK tərəfindən aldadılıb. 2020-ci ildə ona satılan mənzilə görə verilən sənədlər saxta olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 29 Yanvar 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri