İvan Rakitiç “Zirə” ilə matçlarda oynamayacaq
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 2 iyul, AZƏRTAC
Xorvatiya futbolunun canlı əfsanələrindən biri, ötən mövsümü “Hayduk” komandasında keçirən İvan Rakitiç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə qarşı oynamayacaq.
AZƏRTAC xəbər verir ki, buna səbəb ulduz futbolçunun peşəkar karyerasını başa vurmasıdır.
Lakin 37 yaşında futbolla vidalaşan Rakitiç Split təmsilçisindən ayrılmayacaq. Karyerası ərzində İsveçrədə “Bazel”, Almaniyada “Şalke”, İspaniyada isə “Sevilya” və “Barselona” kimi komandalarda çıxış etmiş futbolçu bundan sonra “Hayduk”da idman direktorunun köməkçisi vəzifəsində çalışacaq.
Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyunu iyulun 23-də evdə, cavab matçına isə iyulun 31-də səfərdə keçirəcək.
Bu mövzuda digər xəbərlər:İvan Rakitiç Zirə ilə oyunu buraxa bilər
20 İyun 2025 14:02
Rakitiç Zirə yə qarşı oynamayacaq Özü açıqladı
07 İyul 2025 16:00
İvan Rakitiç karyerasını bitirdi
19 May 2025 19:15
Rakitiç “Zirə”nin rəqibində işləyəcək
19 İyul 2025 11:46
Rakitiç Zirə nin rəqibini tərk etməyəcək RƏSMİ
07 İyul 2025 19:38
Baxış sayı:78
Bu xəbər 02 İyul 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















