İvan Rakitiç Zirə ilə oyunu buraxa bilər
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xorvatiyanın "Hayduk" klubunun ulduz futbolçusu İvan Rakitiç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə matçlarda iştirak etməyə bilər. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçinin Split təmsilçisindəki taleyi sual altındadır.
Komanda yeni mövsümöncəsi hazırlığa başlayıb. Amma təcrübəli oyunçu həyat yoldaşı ilə Yunanıstanda tətildədir. O, Müşahidə Şurasının iyunun 30-da keçiriləcək iclasını gözləyəcək və rəhbərliyin planlarına əsasən qərar verəcək.
Rakitiçin karyerasını bitirmək və ya klubda başqa vəzifədə çalışmaq ehtimalı da var. Müqaviləsi başa çatan futbolçunun sözləşməninin daha bir il artırılması imkanı var.
Qeyd edək ki, "Hayduk"la "Zirə" arasındakı ilk matç iyulun 23-də "Neftçi Arena"da keçiriləcək. Cavab görüşü iyulun 31-də olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 20 İyun 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















