İvestorlar ən çox hansı sahələrə sərmayə yatırırlar?
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin ilk 6 ayında dünyada müxtəlif sahələrə təxminən 538 milyard dollar dəyərində transsərhəd investisiya yatırılıb.
Yeniavaz.com “fDi Intelligence”ə istinadən xəbər verir ki, bu investisiyalara yalnız yeni layihə və obyektlərin yaradılmasına yönələn birbaşa xarici investisiyalar daxildir.
Bildirilir ki, ən çox investisiya rabitə sektoruna yönəlib. Bu sahəyə ilin ilk yarısında 139,3 milyard dollar sərmayə yatırılıb. Bunun əsas hissəsini isə məlumat mərkəzləri təşkil edib. Məlumat mərkəzlərinə 131 milyard dollardan çox investisiya cəlb edilib.
2026-cı ilin ilk yarısında ən çox investisiya alan 10 sektor belə olub:
Rabitə – 139,3 milyard dollar;
Bərpa olunan enerji – 73,3 milyard dollar;
Kömür, neft və qaz – 44,7 milyard dollar;
Yarımkeçiricilər – 38,8 milyard dollar;
Nəqliyyat və anbar – 24,9 milyard dollar;
Daşınmaz əmlak – 23,9 milyard dollar;
Metallar – 23,7 milyard dollar;
Sənaye avadanlığı – 14,6 milyard dollar;
Elektron komponentlər – 13,7 milyard dollar;
Proqram təminatı və İT xidmətləri – 13,7 milyard dollar.
Məlumat mərkəzlərinə yatırılan investisiyaların böyük hissəsinin süni intellektlə bağlı olduğu bildirilir. Çünki böyük süni intellekt modellərinin hazırlanması və işlədilməsi üçün yüksək hesablama gücü tələb olunur.
May ayında Yaponiyanın “SoftBank” şirkəti Fransada məlumat mərkəzlərinin yaradılması üçün 50 milyard dollardan çox investisiya planını açıqlayıb.
Süni intellektə marağın artması enerji sektoruna da təsir göstərir. Məlumat mərkəzlərinin böyük həcmdə elektrik enerjisinə ehtiyacı olduğundan bərpa olunan enerji 73,3 milyard dollar, kömür, neft və qaz sektoru isə 44,7 milyard dollar investisiya cəlb edib.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Büdcə xərcləri ən çox hansı sahələrə xərclənir?
08 Yanvar 2026 11:32
Azərbaycanda ən çox hansı sahələrə kredit qoyulub?
01 Noyabr 2025 12:35
Banklar ən çox hansı sahələrə kredit verir? Siyahı
03 Aprel 2025 17:56
Qarlı hava ən çox bu sahələrə təsir etdi
25 Fevral 2025 11:21
Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
09 İyun 2026 12:26
Baxış sayı:108
Bu xəbər 17 Sentyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















