Icma.az
close
up
RU
İxtisas seçimi başa ÇATDI Tələbə adını qazanmaq ŞANSI hansı qrupda daha çoxdur?

İxtisas seçimi başa ÇATDI Tələbə adını qazanmaq ŞANSI hansı qrupda daha çoxdur?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

2025-26-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 86 460 abituriyent elektron ixtisas seçimi ərizələrini təsdiq edib.

Qeyd olunan tədris ili üçün ali təhsil müəssisələrində 60 489 plan yeri ayrılıb.

Tələbə olmaq istəyən abituriyentlərin sayının plan yerlərindən çox olması bu il də ixtisas seçiminin gərgin keçdiyindən xəbər verir.

Maraqlıdır, bəs görəsən, hansı ixtisas qruplarında vəziyyət daha kritikdir?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil məsələləri üzrə mütəxəssis Adil Vəliyev qeyd edib ki, bu il statistikaya nəzər yetirəndə I və II qruplarda vəziyyət III və IV qruplara nisbətdə normaldır:

"I və II qrupa sənəd verən, keçid balını təmin edən abituriyentlərin çox hissəsi düzgün ixtisas seçimi etdiyi təqdirdə tələbə adını qazana biləcək.

III qrupda vəziyyət bir az fərqlidir, bəzi ixtisaslar var ki, qiyabi təhsil də daxil olmaqla ləğv olub. Həmçinin bəzi ixtisasların adı dəyişilib. İxtisasların adının dəyişməsinin abituriyentlərdə çaşqınlıq yaradacağını düşünmürəm, amma biz bu qrupda imtahan verənlərlə danışanda görürük ki, onların çoxu riyaziyyat fənnindən qorxduqları üçün III qrupu seçib. Belə olan halda III qrupda imtahan verən abituriyent sayı digərlərinə nisbətdə çoxdur.

Plan yerinə nəzərən III ixtisası seçənlərin say daha yüksəkdir. Nəinki Dövlət İmtahan Mərkəzinin (DİM) təyin etdiyi keçid balını təmin edən, hətta onu 50-100 üstələyən abituriyentlər belə, doğru seçim etməyiblərsə, tələbə adını qazana bilməyəcəklər.

III ixtisas qrupunda müəllimlik və hüquqşünaslıq ixtisaslarında bal artımı gözlənir. Bu artım universitetə görə dəyişəcək. Dövlət universitetlərində 50-70 bal, özəl universitetlərdə isə minimum 50 bal artımının şahidi olacağıq.

IV qrupda vəziyyət bir az fərqlidir. Çünki bu qrupda yüksək bal toplayan abituriyentlər, əsasən, Tibb Universitetinin ixtisaslarını seçirlər. Bu il əlavə olaraq Qarabağ Universitetində də bəzi tibbi ixtisaslar açıldı, bu ixtisasların açılması IV qrupda imtahan verənlər üçün əlavə şans yaradacaq.

IV qrupda kifayət qədər yüksək bal toplayanlar var. Deyərdim ki, əgər ötən tibb ixtisaslarına 580-590 balla qəbul olunurdularsa, bu il 620-630 bal toplayanlar bu ixtisaslara yiyələnə biləcəklər".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Avqust 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri