İyulda təqvimi bilib, oktyabrda şikayət etmək lazım deyil”
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente futbol təqvimi ilə bağlı fikirlərini bölüşüb.
QOL.az COPE-yə istinadən xəbər verir ki, o deyib:
"Matçlar həqiqətən çoxdur. Ancaq bu, təqvim tərtib olunanda artıq məlumdur. Futbolla bağlı olan bütün tərəflər — klublar, federasiyalar, təşkilatlar bir masa arxasında toplaşıb vəziyyəti təhlil etməli və bir həll yolu tapmalıdır. Fevralda matçların çoxluğundan şikayət etmək ədalətsizdir — axı bu, artıq iyulda məlum olur.
Bu cür davam edirsə deməli, hər kəs bununla razıdır. Bu mənim rolum deyil. Məndən heç nə soruşmayıblar. Çox tərəf var və onlar razılığa gəlməlidirlər. Yeganə ikiüzlülük olmalı deyil. İyulda təqvimi bilib, oktyabrda şikayət etmək lazım deyil”.
Qeyd edək ki, futbol təqviminin sıxlığı xüsusilə TOP klub oyunçuları arasında zədələrin artması və yorğunluq səbəbilə müzakirə mövzusudur.


