İyulun 1 dən sürücülük vəsiqələrinin verilməsi DAYANDIRILIR
Icma.az, News24 saytına istinadən bildirir.
2025-ci ildən etibarən Rusiyada sürücülük vəsiqələrinin istifadəsi ilə bağlı yeni tələblər qüvvəyə minir.
News24.az xəbər verir ki, artıq xaricdə verilmiş sürücülük vəsiqələri ilə avtomobil idarə edən şəxslər üçün bir sıra məhdudiyyətlər nəzərdə tutulub.
Qaydalara əsasən, həm xarici vətəndaşlar, həm də xaricdə uzun müddət yaşamış Rusiya vətəndaşları müəyyən müddət ərzində öz vəsiqələrini Rusiya sürücülük vəsiqəsi ilə əvəz etməlidirlər.
Yeni qaydalara əsasən, yaşayış icazəsi (RP), müvəqqəti yaşayış icazəsi (VJİ) və ya Rusiya vətəndaşlığı almış xarici vətəndaşlar bu statusu əldə etdikləri gündən etibarən bir il ərzində xarici sürücülük vəsiqələrini dəyişdirməlidirlər.
Eyni qayda xaricdə uzun müddət yaşamış və orada sürücülük vəsiqəsi almış Rusiya vətəndaşlarına da şamil olunur. Bu kateqoriyaya daxil olan şəxslər üçün isə bir illik müddət 2024-cü il aprelin 1-dən sonra Rusiyaya ilk giriş tarixindən hesablanır.
Aqil


