Icma.az
close
up
RU
Menu

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Naxçıvanın enerji sistemi yenidən qurulur

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

Vladimir Barbin: Rusiya Qrelandiya münaqişəsinə müdaxilə edəcək

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

İzmirdə Qazaxıstan vadisi

İzmirdə Qazaxıstan vadisi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Demə mənə oğuz, kayı, osmanlı...
Türküm - bu ad hər ünvandan üstündür.
Yoxdur özbək, qazak, qırğız, qazanlı
Türk milləti bir bölünməz bütündür

Ziya GÖKALP

Sahəsinə görə dünyanın 9-cu ölkəsi olan Qazaxıstanın özündən 4 dəfəyə qədər az olan Türkiyənin qoynunda məskunlaşması xeyli təəccüb doğursa da, bu, bir həqiqətdir və Egey bölgəsinə son səfərimdə bunu bir daha gördüm. Vaxtı ilə Türk dünyasının məşhur simalarından olan Fikrət Türkməndən bu barədə eşitmişdim. Türkiyədəki Qazaxıstandan və onun qurucusu rəhmətlik Şirzad bəydən ətraflı danışsa da, Türkiyədəki Qazaxıstana səfərim bu dəfə baş tutdu.

Türkiyənin üçüncü böyük şəhəri olan İzmirə olsa-olsa yarım saatlıq məsafədə yerləşir bu “Qazaxıstan”. Hətta “Mini Qazaxıstan” adı ilə tanınan Qazax Vadisinə getmək də çətin deyil: İzmir–Ankara yolundan Kamalpaşaya dönüb Torbalı-Selçuk istiqamətinə doğru irəlilədikdən təxminən 4 kilometr sonra buraya çatmaq mümkündür..

Nif dağının ətəklərində yerləşən bu məkanda zeytun, şam və müxtəlif meyvə ağacları ilə zəngin yaşıl bir meşə ilə üzləşirsən. Çiftlik təbiətin gözəlliyi ilə əhatə olunmuş ideal bir yerdir. Bura, xüsusilə kımızın – at südündən hazırlanan və xüsusilə Orta Asiyada geniş yayılmış içkinin - təbii və təzə şəkildə istehsal edilməsi ilə tanındığından əhali arasında “Kımız çiftliyi” adı ilə də məşhurdur. Kımız çifliklərində, atların südü sağılır, bu süd fermentləşdirilərək kımız halına gətirilir. Çiftlikdəki sakinlər yerli əkinçilik və heyvandarlıqla məşğuldur, bu da ziyarətçilərə əsl kənd həyatını görməyə imkan yaradır.

Qazax Vadisi – “Qazaxıstan”la tanışlığım bu yerlərin ən yaşlı sakini Can Uyğurla tanışlıqdan başlayır. “Qazaxıstan”ın tarixi haqqında məlumatları da 75-dən yuxarı yaşı olan Can Uyğurdan alıram. Özünü təqdim edən Can bəy bildirir ki, Doğu Türküstanda Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhərində doğulub, uyğur türküdür. Ölkələri işğal edildikdən sonra uzun illər qaçqın həyatı yaşamağa məcbur olmuşlar. Əfqanıstan, Hindistan, sonda Türkiyə... O, deyir:

– Qazax Vadisinin tarixçəsi Şirzad Doğrunun həyatı və mübarizəsi ilə bağlıdır. Şirzad Doğru Doğu Türkistanın işğal edilməsi nəticəsində ata-babalarının vətənini tərk etməyə məcbur olmuş bir qazax türkünün nəslindəndir. 1949-cu ildə başlayan və "Böyük Qazax köçü" kimi tanınan bu köç 2 il davam etmişdir. Bu zaman ərzində Şirzad Doğrunun ata-babaları və onun kimi bir çox qazax türkü, Təkləmə gölü və Himalayları aşaraq Hindistana mühacirət etmişlər. Mənim ata-babalarımın da Şirzad bəyin valideynləri ilə tanışlığı o vaxtdan başlayır və ağır günlərin sınağından çıxmış bu dostluq nəsildən-nəsilə ötürülərək yaşadılmışdır. Hindistanda olanda, hətta Amerikaya köç etmək təklifi alsalar belə, bu təklifi qəbul etməmişlər. 1954-cü ildə isə Türkiyəyə gəlmişlər və burada böyük bir qonaqpərvərliklə qarşılanmışlar. Türkiyədə qazax türkləri arasında unudulmuş mədəniyyətlərini yenidən canlandırmaq istəyən Şirzad bəy öz vəfa borcunu ödəmək üçün unudulma həddində olan qazax və Anadolu türklərinin ortaq mədəniyyətini Türkiyədə yaşatmaq məqsədini güdmüşdür. Onun rəhbərliyi altında Qazax Vadisi qazax mədəniyyətinin və ənənələrinin qorunması və təbliği məqsədilə qurulmuşdur. Burada qazax xalqının qədim ənənələrini, musiqisini, rəqslərini, yeməklərini və daha bir çox mədəni irsi yaşatmaq üçün müxtəlif tədbirlər keçirilir. Qazax Vadisi həmçinin Türküstanın zəngin mədəniyyətinin tanıdılması və gənc nəsillərə ötürülməsi üçün bir mərkəz olaraq fəaliyyət göstərməkdədir.

– Burada məskunlaşma necə oldu?

– Düzü, bunun tarixi 2-ci dünya savaşının bitməsindən sonraya aiddir. Dediyim kimi, Şərqi Türküstandan qaçıb Hindistanda məskunlaşanlara Türkiyəyə gələndən sonra yaşamaq üçün müxtəlif yerlərin seçimi təklif edilib, mən o vaxtlar uşaq olmuşam. Amma eşitdiklərimdən məlumdur ki, Anadolunun müxtəlif yerlərinə, Niğdəyə, Sivasa gedənlər olub, bizimkilər isə Egeydə məskunlaşıblar. Burada vətəndaşlıq alıblar və mühacir həyatına son qoyulub. Din və dil birliyi, soykökdən gələn adətlər tez bir zamanda yerli əhali ilə qaynayıb-qarışmağa imkan yaradıb. Uzun illər sonra 1987-ci ildə Şirzad bəy Altay dağlarını xatırladan Nif dağının ətəklərində yerləşən bu vadini dövlətdən satın alıb və məqsədi də burada bütün Türk boylarının ata-babalarının doğulub-böyüdüyü “Otaq”, yəni “Yurd” qurmaq olub.Yurd Türk dünyasında tarix boyu köçəri həyat tərzi keçirmiş insanların sığınacaq ehtiyaclarını qarşılayan ənənəvi tikilidir. Bu tikili əcdadlarımızın köçəri məişətini, döyüşçü ruhunu və daşına bilməsini təmin etmək üçün işləyib hazırladıqları memarlıq abidəsidir. Yurd sözünün mənşəyi əslində köçəri həyat tərzinə əsaslanan məna daşıyır. Yurdlar qurulması və sökülməsi çox asan olan portativ strukturlar olub, keçə və dəri materiallardan olması onların daşınması və quraşdırılması prosesini sürətli və səmərəli etmişdir. Bu xüsusiyyətlərinə görə yurdları rahatlıqla daşıyaraq müxtəlif yerlərdə qurublar. Yurd təkcə yaşayış və sığınacaq deyil, həm də məktəb kimi fəaliyyət göstərib. Burada uşaqlar əcdadlarından gələn mədəni irsi, adət-ənənələri və dəyərləri öyrənirdilər. Yurd həm də müəyyən mənada mədəni-maarif sahəsi olub. Beləliklə, yurdlar həm sığınacaq, həm də mədəni tərbiyə ocağı kimi mühüm funksiya yerinə yetirirmişlər. Bizlərə məxsus olan bu memarlıq tikililəri əcdadlarımızın köçəri həyat tərzini və döyüşçü ruhunu əks etdirən mühüm simvol kimi türk tarixinin mühüm tərkib hissəsi olmuşdur. Köçəri həyat tərzi zaman keçdikcə sıradan çıxmış, əcdadlarımız bir döyüşçü xalq olaraq həm düşmənlərə qarşı mübarizə aparmaq, həm də yaşadıqları mühitə uyğunlaşmaq üçün digər əməli həllər işləyib hazırlamışlar, amma yurdu da bir tarixi simvol kimi qorumuşlar. Türk boyları bu gün də Yurdu ata-baba mirası kimi dəyərləndirirlər.

– Yəqin ki, bizim söhbət etdiyimiz bu yer, həm də bu baxımdan dəyərlidir?

– Bəli, vadidə ilk olaraq Yurd adlanan bu yer qurulub. Amma Türküstandakı kimi keçədən və dəridən yox, turistik və daimi yaşayış üçün nəzərdə tutulduğu üçün “çadır” dəmir-betondan tikilib. Türküstandan dəvət olunan məşhur qazax rəssamı Aman Abzalbek tərəfindən dizaynı verilən Yurdun özünəməxsus milli bir oturma düzəni olub. Qazax Vadisindəki Yurd – indi sizinlə də görüşdüyümüz bu yer çox əski tarixlərin adət və ənənələrinin qorunub yaşadıldığı bir məkandır. Yurd adətini bilən şəxslər içəri girdikdə yaş və vəzifələrinə görə yerə oturarlarmış. Yurdun içi tamamilə Qazaxıstan türklərinin yerli xüsusiyyətlərinə uyğun dizayn edilmişdir. Qazax milli paltarı geyinmiş işçilər tərəfindən yerli sənətkarlıq məhsulları təbliğ edilir və satılır.

Türk mətbuatı buranı “Kiçik Qazaxıstan” adlandırır. Həm də gənclərin milli geyimlərdə at çaparaq yaratdıqları görüntü də Qazaxıstan mənzərəsi yaradır. Təsərrüfat sahibi də, çalışanların əksəriyyəti də qazax türküdür. Amma onu da qeyd edim ki, əsasən turizm mövsümündə burada işlər çoxaldığından Türk dünyasının müxtəlif yerlərindən olanlar da işə alınır. Məsələn, İzmirin ali təhsil ocaqlarında təhsil alan azərbaycanlılar, özbəklər, qırğızlar və başqaları tətil vaxtlarında müvəqqəti olaraq işə alınırlar. Yəni bura təkcə Şərqi Türküstanın yox, həm də bütün Türk dünyasının bir parçası olur.

– Qazax Vadisində Türküstanın adət-ənənələrini yaşadan daha nələr var?

– Buraya turistlər çox gəlirlər. “Orta Asiya restoranı” adlanan ənənəvi Orta Asiya mətbəxinin yeməklərinin verildiyi bu restoran da fəaliyyət göstərir. Qazax, özbək və qırğız türklərinin mətbəxinin milli yeməkləri hazırlanır. Bunların arasında özbək plovu, qaz kolbasası, dana ətli tərəvəz, qovurma, kabab, buxarda bişirilmiş mantı, qazax şorbası və başqaları ən məşhurlarıdır. Təsərrüfatda xüsusi olaraq bəslənən qoyun və keçilərin südündən hazırlanmış dadlı qatıq, süd məmulatları və pendirlər də satışa təqdim edilir.

Orta Asiya Türk mədəniyyətində ən üstün motivlərdən biri olan atlar Qazax vadisinin simvoludur. Fermer təsərrüfatında yalnız Orta Asiya atları deyil, Avstriya mənşəli Haflinger cinsi, çox sakit təbiətli və bol süd verən saf qanlı qısraqlar da yetişdirilir. Vadinin ziyarətçiləri ödəniş qarşılığında at minə bilərlər. Manejdə, həmçinin geniş təsərrüfat sahəsində və meşədə bələdçi ilə at belində gəzintiyə çıxmaq mümkündür. Əslində buraya gələnlər Doğu Türküstanın ab-havasını duymaqdan zövq alırlar.

– Qazax Vadisini “Kımız Çifliyi” də adlandırırlar, niyə?

– Türkiyədə Qazaxıstanın, həm də Türküstanın bir parçası olan Qazax Vadisinin mübahisəsiz ən orijinal fiquru, buraya siz deyən adı da verilən, türk xalqının ən qədim milli içkisi – at südündən hazırlanmış "kımız"dır. Kımız ayran kimi bir tutarlılığa sahib, maya ilə hazırlanmış və az alkoqollu bir içkidir. Dadı isə Qafqaz türklərinin başqa bir möcüzəvi içkisi olan kefiri xatırladır. Kımızın sağlamlığa faydalı təsirləri elmi məqalələrdə yer alıb. Ən yaxşı kımız, ən azı, iki dəfə bala vermiş atın südündən hazırlanır. Qazax Vadisi Türkiyədə ilk və yeganə kımız istehsal edən yerdir. Burada istehsal olunan kımız karqo ilə Türkiyənin hər yerinə göndərilir.

...Böyük Qazax köçü zamanı Şərqi Türküstandan Anadoluya gəlib Kamalpaşa Nif dağının ətəyində məskunlaşan və qazax türkü Şirzad Doğru tərəfindən qurulan “Kiçik Qazaxıstan'” sürətlə inkişaf edərək Egey bölgəsinin tanınmış turizm mərkəzlərindən birinə çevrilib. İzmirdəki qazax çadır formalı moteli, hovuzu və türklərin milli içkisi olan kımızı, qazax şorbası (kumiss askana) kimi milli yeməkləri ilə də böyük diqqət çəkən və məşhur olan bu turizm mərkəzi izmirlilərin və turistlərin ən çox axın etdiyi Qazax Vadisi – Kiçik Qazaxıstandır.

Redaksiyadan:
Hələ sovet dövründə Bakı ilə qardaşlaşmış İzmirdə, şübhəsiz, “Azərbaycan” məkanı da yaradılacaq.

Namiq QƏDİMOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Mart 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see130

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see123

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see117

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see116

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see116

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see113

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110

Vladimir Barbin: Rusiya Qrelandiya münaqişəsinə müdaxilə edəcək

17 İyul 2025 12:26see110

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see109

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri