Icma.az
close
up
RU
İzmirdə “Qərbi Azərbaycana Qayıdış Türk Birliyi” adlı möhtəşəm tədbir keçirildi KONKRET

İzmirdə “Qərbi Azərbaycana Qayıdış Türk Birliyi” adlı möhtəşəm tədbir keçirildi KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin İzmir şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Media Araşdırmaları və Monitorinq Mərkəzi, eləcə də Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış – Türk Birliyi” adlı möhtəşəm tədbir keçirilib.

KONKRET.az xəbər verir ki, Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Aparıcılığı Azərbaycan və Türkiyədə tanınan sənətçi, aktrisa Roza İbadova Kocamaz həyata keçirib.

Türkiyə Prezident Administrasiyasının İletişim Başkanlığının binasında baş tutan tədbirin açılış nitqində İletişim Başkanlığının Ege bölgəsinin müdiri Cengiz Kutlu Yüksel iki qardaş ölkənin birliyinin əhəmiyyətindən danışaraq, “Qarabağ zəfərində olduğu kimi, Qərbi Azərbaycan məsələsinin də yaxın zamanda həll olunacağına və o torpaqlardan zorla qovulan insanların haqlarının tanınacağına inanırıq. Türkiyə olaraq bu məsələdə də qardaşlarımızın yanındayıq.” deyə, bildirib.

Federasiya sədri İsa Ambarcı isə vurğulayıb ki, 100 il əvvəl indiki Ermənistan ərazisindən zorla qovulan soydaşlarımızın bir hissəsi Azərbaycana, digərləri isə Türkiyəyə sığınıb. Hazırda yalnız Türkiyədə həmin torpaqlardan olan təxminən 5 milyona yaxın Qərbi azərbaycanlının yaşadığını bildirən Ambarcı, öz ailəsinin də bu kökdən gəldiyini qeyd edib.

Media Araşdırmaları və Monitorinq Mərkəzinin sədri Zaur Qəriboğlu tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verərək bildirib:

“Heç kimin torpağında gözümüz yoxdur. Amma doğma yurdundan zorla qovulan, evi, malı-mülkü əlindən alınan soydaşlarımızın öz torpaqlarına qayıtmaq haqqı vardır. Bu işə biz hələ 2016-cı ildən başlamışıq və Qarabağ savaşından xeyli öncə bu istiqamətdə layihələr hazırlamışıq.”

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Türkiyədəki qadın elçilərindən biri, 1988-ci ildə Ermənistan tərəfindən deportasiya edilən soydaşlarımızdan olan və həmin hadisələrin canlı şahidi – jurnalist Nigar Ögeday yaşadığı faciəli xatirələrdən danışaraq bildirib:

“Bu, sadəcə siyasi deyil, həm də mənəvi mübarizədir. Ölkə başçımızın ortaya qoyduğu siyasi iradəyə güvənirəm və əminəm ki, bizə qarşı edilən haqsızlıqlar bərpa olunacaq. Bu torpaq bizim ata-baba yurdumuzdur və ora qayıdış bir hüquq məsələsidir.”

Tədbirin sonunda aktrisa Roza İbadiva Qərbi Azərbaycan torpağının yetirməsi və Türk dünyasının böyük ozanı Aşıq Ələsgər haqqında geniş məlumat verərək, ustadın seçmə şeirlərini səsləndirib. Bu anlar tədbir iştirakçılarına duyğulu anlar yaşadıb və salonda böyük alqışla qarşılanıb.

Sonda çıxış edənlərə Qərbi Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 İyun 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see213

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see185

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see148

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see141

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see128

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri