Japarov yeni təyin etdiyi naziri İŞDƏN QOVDU
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qırğızıstan prezidenti Sadır Japarov fövqəladə hallar naziri vəzifəsində çalışan Urmatbek Şamırkanov barədə istefa qərarı verib.
Bizim.Media xəbər verir ki, Prezidentin imzaladığı fərmana əsasən, Urmatbek Şamırkanov fövqəladə hallar naziri vəzifəsindən azad olunub.
Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Şamırkanov bu vəzifəyə 19 fevral 2026-cı ildə təyin edilmişdi. Beləliklə, onun nazir kimi fəaliyyəti qısa müddət davam edib.
Digər fərmanla Kanatbek Çinibayev Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin icraçı rəhbəri təyin olunub. Onun namizədliyi sonradan təsdiqlənməsi üçün ölkə parlamentiə təqdim ediləcək.
Prezidentin mətbuat katibi Askat Alagozov sosial şəbəkədə bildirib ki, Şamırkanovun vəzifədən azad olunması rüşvət almaqda şübhəli bilinməsi ilə bağlıdır.
Məlumata görə, sözügedən şübhələr onun nazir müavini işlədiyi dövrə aiddir. İddialara əsasən, həmin dövrdə rüşvət alma faktı ilə bağlı araşdırma aparılır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 10 Mart 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















