“Jeju Air” təyyarəsinin qara qutularının birindən məlumatlar çıxarılıb
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.
Mütəxəssislər “Jeju Air” aviaşirkətinin dekabrın 29-da Muan hava limanında qəzaya uğrayan təyyarəsinin pilot kabinəsindəki səs qeydedicisindən məlumatları çıxararaq səs fayllarına çevirirlər.
Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Departamentinin direktoru Çju Çjon Van brifinqdə məlumat verib.
“Pilot kabinəsindəki səs yazıcısından məlumatların çıxarılması başa çatıb. Bu gün onların audiofayllara çevrilməsi üzrə işlərə başlanılıb”, – o bildirib. Cənubi koreyalı rəsmi əlavə edib ki, sözügedən işlər mümkün qədər tez həyata keçiriləcək. Dekabrın 29-da baş vermiş qəza nəticəsində “Boeing 737-800” təyyarəsində olan 181 nəfərdən 179-u həlak olub ki, bu da Koreya Respublikası ərazisində ən böyük aviasiya qəzası olub.
İkinci qara qutu – uçuş məlumatlarının bort qeydedicisi bəzi xarici zədələr alıb ki, bu da onun açılması üçün lazım olandan daha çox vaxt aparacaq. Cənubi koreyalı ekspertlər hesab edirlər ki, uçuş məlumatlarının bort qeydedicisinin oxunması təxminən bir ay çəkəcək. Əgər hər iki aparat zədələnməsəydi, bu proses təxminən bir həftə vaxt aparardı.
Cənubi koreyalı mütəxəssislər deşifrə zamanı çətinliklərlə üzləşərsə, qara qutular Milli Nəqliyyat Təhlükəsizliyi Şurasından olan amerikalı həmkarlara təhvil verilə bilər. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və “Boeing” şirkətini təmsil edən təxminən 10 nəfərdən ibarət Amerika nümayəndə heyəti artıq Muana gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 24 Yanvar 2025 02:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















