Jelka Tsviyanoviç: Bosniya və Herseqovina hazırda böyük böhranla üzləşir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Hazırda Bosniya və Herseqovina uğursuz, uçurumda olan bir ölkədir".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Bosniya və Herseqovina Prezidentliyinin serb üzvü Jelka Tsviyanoviç bildirib.
O, çıxışında Bosniyanın hazırda böyük bir böhranla üzləşdiyini vurğulayıb:
"Hazırkı konstitusiya tam şəkildə reallaşmır. Bizdəki siyasi səhnə tamamilə fərqlidir. İradə olsa, bütün seçicilərin iradəsi ilə konstitusiya dəyişdirilə bilər. Lakin hazırkı konstitusiya ilə tətbiq olunanlar arasında böyük fərq mövcuddur".
Jelka Tsviyanoviç əlavə edib ki, Bosniyanın uğursuzluğunun səbəbini tapmaq və ədalətli olmaq vacibdir, çünki bundan sonra vəziyyət daha yaxşı ola bilər.
Aləmdə Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 14 Mart 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















