Icma.az
close
up
RU
Jeraldu Alkmin: Hər bir addım ümumi ekoloji məqsədlərə çatmaq yolunda irəliləyişdir

Jeraldu Alkmin: Hər bir addım ümumi ekoloji məqsədlərə çatmaq yolunda irəliləyişdir

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

COP29 Bakı İqlim Konfransının iştirakçılarının qarşısında tarixi öhdəliklərin yerinə yetirilməsi üçün yol açmaq vəzifəsi dayanır.

Gununsesi.info xəbər verir ki, bu barədə Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin COP29 liderlərinin sammitində çıxışı zamanı bildirib.

“Biz bu gün Bakıda 1992-ci ildə Rio de Janeyroda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının imzalanması ilə başlayan diplomatik səyləri davam etdiririk. Hər bir addım ümumi ekoloji məqsədlərə çatmaq yolunda irəliləyişdir”, – o deyib.

Alkmin vurğulayıb ki, yeni kollektiv kəmiyyət hədəfi 1,5 dərəcə hədəfini əlçətan etmək üçün daha iddialı olmalıdır.

“Bakıda qarşımızda karbon bazarı üzrə danışıqları başa çatdırmaq və ötən il Dubayda keçirilən COP-28-də qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi üçün zəmin yaratmaq vəzifəsi durur”, – o söyləyib.

Braziliya dövlət rəsmisinin sözlərinə görə, ölkəsi ərzaq təhlükəsizliyi sahəsində qəbul edilmiş liderdir və dayanıqlı inkişaf olmadan gələcəyin ola bilməyəcəyini dərk edir.

“Braziliya qarşısına 2035-ci ilə qədər tullantıların həcmini 2005-ci ilə nisbətən 67 % azaltmaq vəzifəsi qoyub. Əlbəttə, bu, çox iddialı məqsəddir, lakin buna nail olmaq olar”, – siyasətçi vurğulayıb.

Alkmin qeyd edib ki, COP29-un uğuru Braziliyanın gələn il ev sahibliyi edəcəyi COP30-un uğuru üçün əsasdır. “Həmçinin bu konfransların uğuru iqlim dəyişikliyi ilə mübarizə üzrə gələcək beynəlxalq səylərin əsasını təşkil edir. Bu gün nəticələr əldə etməsək, bu, gələcəkdə bizə baha başa gələcək”, – o əlavə edib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Noyabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri