Jerar Depardye yumruqladığı paparatsiya kralı ilə barışdı
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyaca məşhur fransız aktyor Jerar Depardye və "paparatsiya kralı" ləqəbi ilə tanınan italiyalı fotoqraf Rino Barillari məhkəmədə mübahisələndirilən qarşılıqlı iddialarından imtina ediblər.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Məlumata görə, 78 yaşlı aktyor və 80 yaşlı fotoqraf iki il əvvəl dalaşdıqları Romadakı Vittorio Veneto küçəsindəki bir barda barışıblar.
Barillarinin sözlərinə görə, onlar "1960-cı illərin oğlanları kimi" qucaqlaşıblar. Daha sonra aktyor üzr istəyib və fotoqraf iddiasını geri götürüb.
Depardyenin vəkili bütün mübahisələrin həll olunduğunu təsdiqləyib.
Məlumata görə, 2024-cü ilin mayında Depardye tanınmış fotoqrafa hücum etməkdə ittiham olunub. Qarşıdurma zamanı aktyor "paparatsiya kralı"na üç dəfə yumruq vurub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 20 Yanvar 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















