Icma.az
close
up
RU
Jerusalem Post: Əli Xameneinin anası ermənidir

Jerusalem Post: Əli Xameneinin anası ermənidir

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Günaz TV “ Jerusalem Post”da yayımlanan “Xameneinin Azərbaycana qarşı şəxsi nifrəti” adlı məqalənin mətnini təqdim edir.

İran İslam Respublikası quzeydə yerləşən qonşusu Azərbaycana qarşı davamlı şəkildə dərin düşmənlik münasibəti bəsləyir. Uzun illərdir ki, İran yalnız hərbi hədələrlə kifayətlənməyib, eyni zamanda psixoloji müharibə ilə də Azərbaycana qarşı təzyiq göstərir. İran media və digər vasitələrlə Azərbaycana qarşı saysız-hesabsız saxta söz-söhbətlər, konspirasiya nəzəriyyələri yayıb, ancaq bunlar heç vaxt gerçəkliyə uyğun olmayıb.

Bu propaqandanın mənbəyi bəzən İranın molla rejiminin yüksək vəzifəli rəsmiləri olsa belə, təbliğat İran mediası vasitəsi ilə yayılsa belə, biz əmin ola bilərik ki, media hökumətin siyasi xətti, baxışları və təlimatı ilə hərəkət edir. Bu nifrəti və düşmənliyi formalaşdıran şəxslərdən biri də, hər şeyə nəzarət edən, İranın ali siyasi və dini rəhbəri – Ayətullah Əli Xamenei­dir.

Xamenei jurnalistlərin, qəzetlərin, həm kiçik, həm də yüksək səviyyəli hökumət diplomatlarının Azərbaycana qarşı təbliğ etdiyi güclü düşmənliyə görə məsuliyyət daşıyır. Bu, tək-tük hadisələrdən çıxarılmış nəticə deyil; bu, İran sistemində dərin kök salmış bir ideologiyadır. Hətta deyə bilər ki, Xameneyi Azərbaycana Amerika qədər nifrət edir. O, bir çox iranlıların qəlbini zəhərləyir, onlara Azərbaycana qarşı hərarətli nifrətini aşılayır.

Xameneinin Azərbaycana qarşı düşmənliyi

Bəzi hesabatlara görə, Xameneinin anası İran ermənisidir və bəziləri hesab edir ki, bu, onun Azərbaycana qarşı düşmən münasibətinin əsas səbəbidir. Məhz bu səbəbdən də o, hakimiyyəti dövründə Ermənistanla əlaqələri dərinləşdirmişdir.

İran Xameneinin təşəbbüsü ilə, Ermənistanın Azərbaycan xalqına qarşı dəhşətli cinayətlərinə baxmayaraq, Ermənistanı demək olar ki, “kor-koranə” dəstəkləyib. Qarabağ müharibəsi Ermənistanın Azərbaycan ərazilərini (dünya miqyasında qanuni Azərbaycan torpaqları kimi tanınan) işğal etməsinə yüz minlərlə vətəndaşın öz ev-eşiyindən məcburi köçkün düşməsinə, Azərbaycanın şəhər və kəndlərinin xarabalığa çevrilməsinə səbəb olub.

Bütün bu müddət ərzində İran Xameneyinin təşəbbüsü ilə Ermənistanla sabit əlaqələr saxlayıb və onun “ayaqda qalmasına” kömək etmək üçün Ermənistanı maddi-texniki və kommersiya dəstəyi ilə təmin edib.

Bundan əlavə, Azərbaycan və Ermənistan arasında savaşın getdiyi bu illər ərzində Xamenei Azərbaycan xalqına heç bir açıq, qətiyyətli dəstək ifadə etməyib.

Xameneinin ikiüzlülüyünü və ikili standartlarını görürsünüzmü? Xamenei şiə müsəlman azərbaycanlıları dəstəkləməkdənsə, müsəlman torpaqlarını zəbt edən xristian erməniləri dəstəkləməyi üstün tutur. Nə oldu? İran Səkkizayaqlısı (oktupus) üçün "Vəqf Torpaqları"nın əhəmiyyəti birdən birə azaldımı?! İslam torpaqlarının zəbt edilmiş olması yalnız Fələstin və Hindistana çatandamı yadlarına düşür?!

Azərbaycanı müsəlman dünyasından təcrid etmək siyasəti

Təkcə bu yanaşma İran ideologiyasının sabit və ardıcıl yox, siyasi hakimiyyətlərin istəklərinə xidmət edən bir konstruksiya olduğunu göstərir. Fundamentalist İslama üzdən baxsaq belə, Xameneinin nəzərində Ermənistan İsraildən necə fərqlidirki? (Hər ikisi müsəlman torpaqlarını zəbt edib)

Azərbaycan isə İrandan heç bir empatiya və yardım almır; tam əksinə. İran imkan daxilində öz anti-Azərbaycan ritorikasını hökumət rəsmiləri və ya jurnalistlər vasitəsilə təbliğ edib. Xamenei özü "regional şərh" adı altında Azərbaycana qarşı təbliğat kampaniyasını təsdiqləyib.

Nəticədə onlarla İran KİV-i Azərbaycana böhtan atmaq, Azərbaycan rəhbərliyinə etimadı sarsıtmaq, siyasi təşəbbüslərini təhrif etmək məqsədi daşıyan bəd niyyətli şayiələr və məzmunlar yayıb. Xameneyinin əsas məqsədi Azərbaycanı müsəlman dünyasından təcrid etmək və onu İslam dünyasına xain kimi göstərməkdir. Beləliklə, Azərbaycanı “sionist alət” və Yaxın Şərqdə və Qafqazda regional sabitliyə təhlükə kimi damğalanmağa davam edirlər.

Azərbaycana böhtan atma tendensiyası çoxdan sadəcə media orqanlarından və ya Telegram kanallarından kənara çıxıb; bu yanaşma artıq birbaşa İran hökumətinin özündən qaynaqlanır. Bu yaxınlarda İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son çıxışı Azərbaycana qarşı düşmən ritorikanın Tehranın rəsmi siyasətində nə qədər dərin və kök saldığının bir daha göstərdi.

Sobhani çoxdan diplomat kimi fəaliyyətini dayandırıb və İran İnqilabı Keşikçiləri Korpusunun diplomatik hücum itinə və Qafqazda yalanların əsas tədarükçüsünə çevrilib. İlk dəfə deyil ki,Sobhani insan zəkasını təhqir edən, asanlıqla təkzib oluna bilən yalanlar yayır. Bu yaxınlarda Sobhani öz rekordunu qırmaq qərarına gəlib və ifadələrinin gülünclüyünə görə yeni rekorda imza atıb.

Məsələn, o bəyan edib ki, “Tehran İsraillə İran arasında münaqişə zamanı az sayda İsrail pilotsuz təyyarəsinin qonşu ölkələrdən, xüsusən də Azərbaycandan İran ərazisinə daxil olması barədə məlumatlara malikdir."

Bu, İslam ölkələrini parçalamaq, Azərbaycana qarşı qızışdırmaq, Azərbaycanın xarici əlaqələrinə xələl gətirmək məqsədi daşıyan bəd niyyətli bir yalandır. Təbii ki, Sobhani açıq-aşkar yalan danışdığı üçün iddialarına heç bir dəlil, sübut təqdim etməyib.

Lakin İranın Ermənistandakı səfiri müstəqil hərəkət etmir, yuxarıdan göstəriş alır. Onun kimi bir çox digər yüksək vəzifəli İran dövlət məmurlarına da Azərbaycanı qaralamaq və ona qarşı ittihamlar uydurmaq üçün göstərişlər verilir. Onlara göstəriş verən şəxs təbii ki, Xameneyidir.

Belə yalan xəbərlər yaymaq və “şiələrin narazılığı” illüziyası yaratmaq dövlət məmurlarına və dinə olan inamın rüsvayçı şəkildə istismarıdır. Ona görə də bu siyasətin İranda həm siyasi, həm də dini hakimiyyəti əlində tutan şəxsidən qaynaqlanması təəccüblü deyil.

Azərbaycanın İslam inqilabından imtina etməsi

Xamenei Azərbaycanın, İslam inqilabının təmsil etdiyi hər şeyə zidd olmasına baxmayaraq müstəqil, sekulyar, və uğurlu bir şiə dövləti olmasından ciddi narahatlıq duyur. İran bütün Yaxın Şərqdə ərəb şiələrini himayə edir: İllərdir narkotik ticarətindən qazanc əldə edən Hizbullahı, (İslamda bunun haram olmasına baxmayaraq), İrandan uzaqda olan və iranlılarla şiə İslamının eyni qoluna mənsub olmayan husiləri və hətta şiə olmayan Həması.
Üstəlik, bütün bunlar ərəb təşkilatlarıdır və ərəblərlə farslar arasında müəyyən təkəbbür və narazılıq var.

Ancaq İranın yanında yerləşən, fars dili və mədəniyyətindən də öz payını alıb, özlərinin gerçək türk kimliyi ilə sintez edən şiə müsəlman dövləti Azərbaycan isə İslam inqilabını qəbul etmir və uzun illər ərzində bu mövqeyini qoruyur, hətta İsrail ilə yaxın münasibətlər saxlayır - "Ay sizi Balaca şeytanlar!"

Beləliklə, Azərbaycan sübut edir ki, İran İslam İnqilabının bütün inqilabi ideologiyası sadəcə olaraq hakimiyyətə can atan din xadimlərinin boş hayqırtılarıdır. Ona görə də ən azı ayətullahlar rejimi hakimiyyətdə qaldıqca, Azərbaycana qarşı hücumlar heç vaxt dayanmayacaq.

Azərbaycan xalqı, eləcə də Qafqaz və Yaxın Şərq xalqları başa düşməlidirlər ki, bu, nə Tehran sakinlərinin, nə də İran rəhbərliyinin hamsının mövqeyi deyil, ilk növbədə İranın ali dini lideri Əli Xamneyinin mövqeyidir.

Xamneneyi bu dünyadan və ya heç olmasa İrandakı hakimiyyət kürsüsündən ayrıldıqdan sonra, Azərbaycan və İran xalqları, nəhayət yaxşı qonşuluq münasibətlərinə, barışa, birbaşa dialoqa girə və əməkdaşlığa başlaya biləcəklər.

Gunaz.tv

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 İyul 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri