Icma.az
close
up
RU
“Jiquli”nin atası”: işə piyada gedib gələn nazir, qeyri adi həyat...

“Jiquli”nin atası”: işə piyada gedib gələn nazir, qeyri adi həyat...

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Jiqulinin atası” – Polyakov VAZ-ın direktoru olanda da, nazir işləyəndə də işə piyada gəlib-gedib.

O, olduqca sərt, ciddi, yumor hissindən uzaq olsa da, hətta yüksək ranqlı dövlət məmurlarının zarafatlarını belə qəbul etməsə də, sovet rəhbərlirinin ən sevimli simalarından biri olub.

Nazir təyin edərkən Leonid Brejnevin ona “biz yoldaşlarla belə qərara gəldik ki, sizi nazir təyin edək” ifadəsinə Polyakovun maraqlı reaksiyası olub: “Leonid İliç, “yoldaşlar” deyəndə, kimi nəzərdə tutursunuz?”

Baş katib onu yaxşı tanıdığından əlini yelləyib başını bulamaqla Polyakovu yola salıb...

1966-cı ildə Mərkəzi Komitə ilə SSRİ Nazirlər Soveti Tolyatti şəhərində yeni avtomobil zavodunun (VAZ) inşa edilməsi ilə bağlı qərar qəbul edəndə Brejnevlə Kosıgin inşa olunacaq zavoda kimin direktor təyin edilməsi haqqında uzun-uzadı müzakirə aparıb. Nəhayət, həm baş katib, həm də baş nazir partiyanın ən böyük layihəsi kimi qiymətləndirilən zavodun tikintisini Viktor Polyakova həvalə etməyi qərara alıb.

Polyakovu zavod direktoru təyin edəndə onun qarşısına ağır bir şərt qoyublar, 1970-ci ilin aprel ayında, Leninin 100 illiyində zavoddan ilk “Jiquli” avtomobili çıxmalıdır.

Polyakov bu şərtə də maraqlı reaksiya verib: “Yoldaş Kosıgin, biz avtomobili Leninin 99 illiyində buraxsaq, Mərkəzi Komitə onu qəbul etməyəcək?”

Viktor Polyakov 1915-ci ildə Tomskda anadan olub. 15 yaşında avtomobil çilingərinin köməkçisi kimi ilk əmək faəliyyətinə başlayan Polyakov Moskva Avtomobil İnstitutunda ali təhsil alıb, institutu bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Sovet-alman müharibəsinin başlanması ilə Polyakovun hərbi xidməti uzanıb. O, Qərb cəbhəsində avtomobil təmiri hərbi hissəsində baş zabit, daha sonra isə hərbi hissə komandiri vəzifəsində xidmət edib. 1945-ci ildə mayor rütbəsində ordudan tərxis olunub.

Polyakov müharibədən sonra Moskva Avtomobil Zavodunda mühəndis, sex rəisi vəzifələrində işləyib, 1958-1963-cü illərdə isə həmin zavodun direktoru olub.

1964-cü ildə Kosıgin SSRİ Nazirlər Sovetinin sədri vəzifəsinə gələndə apardığı kadr islahatlarında Polyakovu SSRİ avtomobil sənayesi nazirinin müavini təyin edib.

Kosıginlə Polyakovun arasında sıx işgüzar münasibətlər yaranıb, baş nazir onun işgüzarlığını, məhsuldarlığını yüksək qiymətləndirib.

1966-cı ildə VAZ-ın tikintisi haqqında qərar qəbul ediləndə Polyakovun nazir müavini vəzifəsindən zavod direktoru təyin edilməsi vəzifənin bir neçə ranq aşağı enməsi sayılsa da, Polyakov bu təyinatdan imtina etməyib.

Polyakovun VAZ-ın direktoru işlədiyi dövr bir çox hadisələrlə yadda qalıb.

Zavodun tikintisi zamanı işlər o qədər sürətli aparılıb və tələblər o qədər sərt olub ki, bir çox mütəxəssis Polyakovun iş rejiminə tab gətirə bilməyib. Tikinti işləri üç növbədə aparılıb. Polyakovun gecə növbəsində əyninə fəhlə paltarı geyinib sıravi fəhlə kimi işləməsi adi hal sayılıb.

Polyakov Mərkəzi Komitənin onun qarşısına qoyduğu şərtləri uğurla yerinə yetirib.

19 aprel 1970-ci ildə Dövlət Komissiyası zavodun ilk istehsalını, altı ədəd VAZ-2101 avtomobilini qəbul edib.

Beləliklə, SSRİ-də “Jiquli” avtomobillərinin erası başlanıb. Avtomobil həvəskarı olan Brejnev Polyakovu “Jiquli”nin atası” adlandırıb.

Polyakov 1975-ci ilə qədər VAZ-a rəhbərlik edib.

1975-ci ildə isə o, yeganə namizəd kimi SSRİ avtomobil sənayesi naziri təyin olunub.

Polyakov digər nazirlərdən bir çox cəhətlərinə görə fərqlənib. O, ciddi və sərt olduğu qədər, həm də çox sadə bir insan olub. Təntənəli məclislərdən, zəngin həyat tərzindən, var-dövlət hərisliyindən uzaq olan nazir çox vaxt öz yubileylərini də unudub. Heç vaxt dövlət mükafatları haqqında düşünməyən Polyakov təltif üçün Mərkəzi Komitəyə çağrılanda açıq şəkildə narazılığını bildirib: “Təltif mərasimləri bizim vaxtımızı alır...”

Polyakov nazir kimi xarici ölkələrə rəsmi səfərlərə gedəndə heç vaxt əcnəbi həmkarlarından hədiyyə qəbul etməyib. Hətta o, bir çox hallarda rəsmi ziyafətlərdən də imtina edib. Öz tərcüməçisi ilə adi kafelərin birində öz hesablarına nahar etməyi daha üstün sayıb.

Digər nazirlərdən fərqli olaraq, Polyakov səfərə çıxanda həyat yoldaşı ona yol azuqəsi kimi yalnız bir termos çay və qızardılmış çörək qoyub.

Özü avtomobil mühəndisi olsa da, Polyakov avtomobildən olduqca az istifadə edib. Zavod direktoru olduğu illərdə işə piyada gedib-gəlməyi adət edən Polyakov nazir olanda da çox vaxt işə piyada gedib.

Nazir olduğu 1975-1986-cı illərdə, 11 il ərzində Polyakovun gərgin əməyi sayəsində SSRİ avtomobil istehsalında dünya ölkələri arasında altıncı yerə qalxıb. Hər il SSRİ-də 2 milyon avtomobil istehsal olunub.

1986-cı ildə Mixail Qorbaçov heç bir tutarlı səbəb olmadan Polyakovu nazir vəzifəsindən uzaqlaşdırıb. Polyakov vəzifəsində qalmaq üçün kiçik bir cəhd də etməyib.

Sonralar Qorbaçov öz açıqlamalrında Polyakovu vəzifədən kənarlaşdırmağında səhv etdiyini etiraf edib.

Nazir vəzifəsindən sonra Polyakov avtobil sənayesi ilə bağlı elmi-tədqiqat institutlarında çalışıb.

Viktor Polyakov 2004-cü ildə 89 yaşında vəfat edib. O, Tomskda doğulsa da, Tolyatti şəhərində dəfn edilməsini vəsiyyət edib.

Sabiq nazirin vəsiyyəti yerinə yetirilib, o, Tolyatti şəhərində Banıkin qəbiristanlığında dəfn olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Aprel 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see174

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see173

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see170

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see152

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see149

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see148

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see137

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see134

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see134

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see128

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see126

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri