Jirinovski demişdi: Türkiyəyə qarşı plan... Video
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Liberal Demokrat Partiyasının mərhum lideri Vladimir Jirinovskinin 2010-cu ildə Dövlət Dumasındakı çıxışı son proseslər fonunda yenidən gündəmə gəlib.
Axar.az xəbər verir ki, Jirinovski 44 günlük savaşdan 10 il öncə Ermənistanın əziləcəyini bildirir.
“Türkiyə ordusu NATO-nun ən güclü ordusudur. 1 milyonluq ordu. Onlar Azərbaycanla birləşib Ermənistanı tamamilə əzəcəklər. İranla birlikdə Orta Asiyaya soxulacaqlar. Böyük bir Turan quracaqlar. Və İranla birlikdə Böyük İslam Respublikası! Onlar bizə qarşı məmnuniyyətlə birləşəcəklər. Biz xristianıq, onlar isə hamısı müsəlmandır. Onları birləşdirən daha bir amil də var – dilləri: türk dili. Bu, həm Azərbaycanın, həm də türkmənlərin, özbəklərin, qırğızların, qazaxların, tatarların və başqırdların dilidir. Amma kim orda rusca danışır?
Bu gün sizə elə gəlir ki, mən anlaşılmaz danışıram. Əlbəttə, mən 20-30 il əvvəldən danışıram. Bu zalda olanlardan kimlərsə 20-30 il yaşasa, onlar bu gün - 18 noyabr 2010-cu ildə dediklərimi xatırlayacaqlar”, - Jirinovski vurğulayır.
Qeyd edək ki, Jirinovskinin bu sözlərinin xatırladılması təsadüf deyil. Hazırda Türkiyə və Azərbaycan birliyinin regionun güc balansını necə dəyişdirdiyini hər kəs görür. Buna görə də Turana gedən yolun qarşısını almaq üçün türk ölkələrinin yaxınlaşmasına qarşı planın işə düşdüyü haqda rəylər səsləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Oktyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















