Juninyo Braziliya gündəmini necə silkələdi? “Flamenqo”nun prezidentiylə bağlı detallar açıqlandı
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bəli, “Flamenqo” Braziliyanın istənilən sahə üzrə ən güclü klublarından biridi. Lakin Juninyonun “Qarabağ”ı bu komandaya dəyişməsiylə yerli futbol ictimaiyyətinin gündəmini zəbt etməsinin yeganə səbəbi bu deyil.
“Football-plus.az” xəbər verir ki, klubda ötən il dekabrın 18-də prezident dəyişikliyi baş verib. Dəqiq desək, bu vəzifəyə ölkənin ünlü futbol funksioneri Luis Eduardo Baptista gəlib. Juninyo komandaya onun dövründə keçən ilk futbolçu olduğundan hər kəsin diqqətini cəlb edə bilib.
“Globo” nəşrinin məlumatına görə, indi Braziliyada futbolsevərlərin əksəriyyəti Juninyoyla maraqlanır. Həmkarlarımız bildirir ki, hücumçu qısa zamanda özünü sübut etməli, ölkədə Bap ləqəbiylə tanınan prezidentə etimada zərər verməməlidi. 28 yaşlı hücumçunun bunun üçün fürsəti də var.
“Qarabağ”ın heyətində məşqlərdə iştirak edən oyunçunun fiziki forması yerindədi. Onun özünü psixoloji cəhətdən yaxşı hiss etdiyini də yazmışıq.
Qısası, futbolçunun görə biləcəyi ən yaxşı iş tezliklə yerli çempionata – A seriyasına uyğunlaşmaq və qollar, məhsuldar ötürmələr ilə fərqlənməkdi.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 16 Yanvar 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















