Juninyo Sevilyadan aldığı təkliflə bağlı nə dedi?
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qarabağ"ın braziliyalı hücumçusu Olaviyo Juninyo "Sevilya"dan aldığı təklifə ilk dəfə münasibət bildirib.
QOL.az xəbər verir ki, hazırda iki klub arasında danışıq gedir.
İlk mərhələdə Ağdam təmsilçisi ispanlar tərəfdən təklif olunan məbləğin onları qane etmədiyinə dair qarşı tərəfə cavab verib. Hazırda danışıqlar prosesi ikinci mərhələdədir.
Juninyo özü isə "Estadio Deportivo"ya açıqlamasında La Liqa klubunun təklifi ilə bağlı qısaca olaraq deyib: "Hazırda bu barədə çox danışa bilmərəm. Çünki məndən əvvəl klubum var".
Xatırladaq ki, Juninyonun "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayında başa çatır. 28 yaşlı hücumçu Ağdam komandasına 2023-cü ilin yayında Portuqaliyanın "Çavez" klubundan transfer olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 22 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















