Icma.az
close
up
RU
“Juninyonun qarşısını kəsmək insanlıqdan deyil” Erkin İbrahimov

“Juninyonun qarşısını kəsmək insanlıqdan deyil” Erkin İbrahimov

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ”ın hücumçusu Olavio Juninyonun karyerasını İspaniyada davam etdirə biləcəyini xəbər vermişdik. İspaniyanın müxtəlif nəşrləri bu yöndə xəbərlər yayıb.

Görəsən, Juninyo “böyük beşlik” ölkələrində oynamağa qadirdimi? Hansı keyfiyyətlərinə görə orda oynaya biləcəyini düşünürsüz? “Qarabağ” yanvarda onu satarsa, Avropa Liqasındakı pley-off hədəfindən bir qədər də uzaq düşməyəcəkmi? “Football-plus.az” bu sualları təcrübəli menecer Erkin İbrahimova ünvanlayıb:

“Ondan zəif hücumçuları da görürük. “Bayer-04”lə oyunu bütün dünya izlədi. Tam səviyyəsinə uyğundu. Açığı, real xəbərlərə oxşayır. Məncə, “Sevilya”da oynaya bilər. “Sevilya”da çox yaxşı futbolçular var. Deməzdim ki, “Qarabağ” enişdədi. Sadəcə, istədikləri kimi alınmır. Zədəli futbolçular da çoxdu. Juninyonun istedadı var. Müdafiəçiləri daim təzyiq altında saxlayır, özü-özünə epizodlar yaradır. “Bayer-04”lə oyunda da gördük ki, bu gün-sabah “Real”a keçəcək Conatan Taya təkbətək mübarizələrdə problemlər yaradırdı. Çox vacib komanda oyunçusudu. Bu gün müasir futbol hücumçudan nə tələb edirsə, əməl edir. Həm də braziliyalıdı. İstər-istəməz bu məqam da təsir edir. Serbiyalı və ya montenoqralı olsaydı, bəlkə diqqətləri bu qədər cəlb etməzdi. Braziliyalı futbolçu artıq özü bir markadı. “Qarabağ”ın bundan sonra pley-offa çıxması yığmamızın dünya çempionatının final mərhələsinə çıxması kimi bir şeydi. Qurban Qurbanovda bir xüsusiyyət var - gedəni heç vaxt saxlamır. Müqaviləsində nə yazıldığını bilmirik. Kadi gedəndən sonra məlum oldu ki, müqaviləsində 5 milyonluq seçim var idi. Bəlkə həmin variant Juninyonun müqaviləsində də var? Yoxdusa belə, adamın qarşısını kəsmək insanlıqdan deyil. Oyunçu potensialına görə “Qarabağ” itirəcək. Amma klub həm imic, həm də maliyyə baxımından xeyir görürəcək”.


ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Dekabr 2024 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri