Juninyoya yeni müştəri İdman və Biz
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın futbolçusu Olavio Juninyo Avropanın daha bir klubunun maraq dairəsinə düşüb.
İdman.biz xəbər verir ki, həm futbolçunun özü, həm klubla danışıqlar aparan “Sevilya”nın ardınca “Srvena Zvezda” da braziliyalı hücumçunu heyətinə qatmaq üçün mübarizəyə qoşulub.
Serbiya təmsilçisi “Qarabağ” və Olavio ilə danışıqlara start verib. Ağdam klubu transferdən daha çox qazanmaq üçün müştərilərdən aldığı təklifləri nəzərdən keçirir.
Juninyo isə Pireney yarımadasında oynamağa üstünlük verir. İlkin təklifi qəbul olunmayan “Sevilya” məhz futbolçunun istəyinin onlara kömək edəcəyi qənaətindədir.
Qeyd edək ki, Juninyo Azərbaycan Premyer Liqasında keçirdiyi 47 oyunda 23 qola imza atıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 19 Dekabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















