Icma.az
close
up
RU
Jurnalın çapı ilə bağlı narazılıq yarandı FOTO

Jurnalın çapı ilə bağlı narazılıq yarandı FOTO

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Əməkdar jurnalist Akif Aşırlı çap etdirməyi planlaşdırdıqları “Evraqi-nəfisə” jurnalını filoloq Azad Ağaoğlunun öz təşəbbüsü kimi təqdim edib çap etdirməsinə etiraz edir.  

Bakıvaxtı.az xəbər verir ki, bu barədə paylaşım edən jurnalistin sözlərinə görə, jurnal artıq transliterasiya (red: bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi) edilib.

Azad Ağaoğlu isə sosial şəbəkə hesabında adıçəkilən nəşrin təqdimat mərasimi ilə bağlı post paylaşıb və ona “2026-nın yeni gözəlliyi. Növbəti “əl işimiz” başlığını verib. 

Akif Aşırlı ilk olaraq Azad Ağaoğlunun paylaşımına rəy bildirib, daha sonra isə sosial şəbəkə hesabında açıqlama yayıb. O bildirib ki, ötən ilin iyun ayında layihə barədə aidiyyəti nümayəndələr məlumatlandırılıb və iş Azərbaycan Mədəniyyət Nazirliyinin qrant müsabiqəsinə təqdim edilib, ilkin müsbət rəy alıb. Müəllif iddia edir ki, qrant nəticələri elan olunduqdan sonra Azad Ağaoğlu eyni jurnalın çapını öz təşəbbüsü kimi təqdim edib. Jurnalist bu addımı ədalətsizlik, həmçinin digər tərəfin zəhmətinin nəzərə alınmaması kimi qiymətləndirib: “Mədəniyyət Nazirliyi qrant müsabiqəsinin nəticələrini ötən ay elan edib, biz bu işi görməli, müəyyən bir vəsait ödənməlidir ki, can üstə qalan qəzetin müəyyən maliyyə problemlərini bu vəsaitlə həll edək. İndi Azad Ağaoğlu ortaya çıxıb elan edir ki, dərgini biz çap edirik. Ayıb deyil? Niyə belə özündənrazılıq edib heç kəsi hesaba almırsız? ADA-nın pulu ilə “Azərbaycan” qəzetinin növbəti cildini çap etmisiniz? Niyə hər şey sizin olmalıdır? Monopoliyadır?”

O əlavə edib ki, martın ilk həftəsində jurnal çap ediləcək: “Özü də dərginin adı “Övraqi- nəfisə” deyil, “Evraqi - nəfisə”dir. İndiyə qədər yanlış olub”.

Azad Ağaoğlu isə onun şərhinə cavab olaraq bu sözləri yazıb: “Akif müəllim, öz aramızdır, axı sizin elədiyiniz transliterasiyadan nə olacaq? Güldürməyin də adamı”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən müraciətimizə cavab olaraq bildirildi ki, “Azərbaycan Türk Ocağı” ictimai birliyi tərəfindən təqdim olunmuş “Övraqi-nəfisə” jurnalının nəşri” adlı layihə qrant müsabiqəsinin qalibləri siyahısına daxil edilib və müvafiq qaydada dəstəklənib: “QHT rəhbəri Akif Vəliyev Abduləzim oğludur. Layihə çərçivəsində 1919-cu ildə nəşr edilmiş və Azərbaycan mədəniyyət tarixində mühüm yer tutan “Övraqi-nəfisə” dərgisinin 6 sayının transliterasiya edilərək orijinal mətnlə paralel şəkildə nəşri, izah və göstəricilərlə birlikdə geniş formatda çapı nəzərdə tutulur. QHT tərəfindən layihə üzrə müraciət 10.08.2025-ci il tarixində təqdim edilib, nəticələr isə 14.12.2025-ci il tarixində açıqlanıb.

Qrant layihələrinin maliyyələşdirilməsi təqdim edilən müraciətlər əsasında, müəyyən edilmiş meyarlar üzrə aparılan qiymətləndirmə nəticəsində həyata keçirilir. Layihə müsbət rəy aldığı halda maliyyələşdirilir. Digər şəxslər tərəfindən eyni və ya oxşar məzmunlu təşəbbüslərlə bağlı nazirliyə rəsmi məlumat daxil olmayıb”./Qafqazinfo

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Fevral 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri