Icma.az
close
up
RU
Finalın Masazır hazırlığı

Finalın Masazır hazırlığı

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ” Azərbaycan Premyer Liqasında sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

“Atlılar” XXXII turda “Sabah” səfərində heç-heçə (1:1) ilə buna nail olub. 77 xalla lider olan “Qarabağ” ən yaxın izləyicisi “Zirə”ni 13 xal qabaqlayır və “qartallar”ın onlara çatması mümkünsüzdür.

“Qarabağ” “Sabah”la oyuna ehtiyat qüvvə ilə çıxmışdı. Demək olar, aparıcı oyunçuların böyük qisminin ehtiyat skamyada başladığı matça “atlılar” daha yaxşı başladı. Hücumda Emmanuel Addai daha arzulu görünürdü, ancaq afrikalı oyunçunun fərdi oynamaq istəyi və komanda yoldaşlarını “görməməsi” hesabın açılmasına əngəl olurdu. Transferi ilə həyəcan yaradan, lakin gözləntiləri qarşılaya bilməyən Aleksey Kaşuk da bəzi epizodlarda top itkilərinə yol verirdi. Buna baxmayaraq, “atlılar” fasiləyə qədər qol vura bildi. Penalti epizodundan yararlanan Redon Cica komandasını fasiləyə üstün apardı. Bu mövsüm az şans qazanan və ayrılığı gündəmdə olan Cica “Sabah”la matçda əzmkar, istəkli təsir bağışlayanlardan oldu.

Fasilədən sonra da oyun hər iki tərəfin qarşılıqlı hücumları ilə keçdi. “Sabah” əks-hücumlarda daha effektiv təsir bağışlayırdı və “Qarabağ” müdafiəsindəki boşluqdan maksimum yararlanan “bayquşlar” Letiçin zərgər dəqiqliyi ilə endirdiyi zərbə sayəsində komandasına bir xal qazandırdı.

“Qarabağ”a çempionluq üçün heç-heçə də sərf edirdi və komanda istəyinə nail oldu. 12-ci çempionluğunu rəsmiləşdirən “atlılar”da böyük sevinc hiss edilmədi. Final fitindən sonra Qurban Qurbanov paltardəyişmə otağına, futbolçular isə “İmarət Tayfa”nın olduğu tribunaya yaxınlaşaraq kənardan süni təsir bağışlayan çempionluq sevincini qeyd etdilər. Bəlkə də, başadüşüləndir. İkinci yerlə arada böyük fərq yaradan, mövsümün yarısından artıq çempionluğu şübhə altına düşməyən “atlılar” üçün liqa zəfəri adiləşib. Digər 9 komandanı azı birbaş üstələyən “Qarabağ” daha bir mövsümü ciddi müqavimət görmədən qızıl medallarla taclandıracaq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 Aprel 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri