Icma.az
close
up
RU
Jurnalist səhvən hökumətin mesaj qrupuna salındı: Məxfi məlumatları gördü

Jurnalist səhvən hökumətin mesaj qrupuna salındı: Məxfi məlumatları gördü

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-də jurnalistin səhvən yüksəkvəsifəli şəxslərin olduğu qrupa əlavə edilməsi ölkədə qalmaqal yaradıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu hadisə hazırda Amerika mətbuatının əsas müzakirə mövzusudur.

Belə ki, “The Atlantic” jurnalının baş redaktoru Cefri Qoldberq ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts tərəfindən Yəməndə husilərə qarşı çox məxfi hərbi əməliyyatları müzakirə etmək üçün yaradılan çata əlavə edilib. 

C.Qoldberq məsələ haqda özü danışıb: “ABŞ milli təhlükəsizlik rəhbərləri məni Yəmənə endiriləcək hərbi zərbələrlə bağlı qrup söhbətinə daxil etdilər. Bunun real ola biləcəyini düşünmürdüm. Sonra oraya bombalar düşməyə başladı”.

O bildirib ki, martın 15-i ABŞ Yəməndə husi hədəflərini bombalayıb, lakin Qoldberq hadisədən təxminən 2 saat əvvəl artıq bunun olacağını bilirmiş: “Bunu bilməyimin səbəbi o idi ki, ABŞ müdafiə naziri Pit Heqset mənə saat 11:44-də müharibə planını mesajla göndərmişdi. Plana silah paketləri, hədəflər və vaxt haqqında dəqiq məlumatlar daxil idi.

Martın 11-də Maykl Uolts kimi tanınan istifadəçidən “Signal”a qoşulma sorğusu aldım. “Signal” digər mətn mesajlaşma xidmətlərindən daha çox məxfilik istəyən jurnalistlər və digərləri arasında məşhur olan şifrəli mesajlaşma xidmətidir. Maykl Uolts Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviridir. Mən onunla keçmişdə tanış olmuşam və onun mənimlə əlaqə saxlaması mənə qəribə gəlməsə də, Tramp administrasiyasının jurnalistlərlə mübahisəli münasibətini və Trampın vaxtaşırı mənə xüsusi diqqət yetirməsini nəzərə alaraq bunu bir qədər qeyri-adi hesab etdim. Dərhal ağlımdan keçdi ki, kimsə məni birtəhər tələyə salmaq üçün Uolts kimi maskalanıb”.

İki gün sonra isə o, Yəməndə husilərə qarşı hücumları müzakirə etdikləri “Houthi PC Small Group” adlı zəncirə qoşulmağa dəvət edilib. Amerikalı jurnalist qeyd edib ki, Uoltsun təsadüfən özünü bu qrupa qatdığını düşünüb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes məsələnin mediada müzakirəsindən sonra yazılı açıqlama verərək gündəmə gələn mesaj mövzusunun real göründüyünü və söhbət qrupuna təsadüfən bir nömrənin necə əlavə edildiyini araşdırdıqlarını deyib. O, bunun Yəmən əməliyyatlarına heç bir zərər vermədiyini də əlavə edib.

Digər tərəfdən ABŞ prezidenti Donald Tramp mövzu ilə bağlı suala “Mənim bu mövzuda heç bir məlumatım yoxdur” deyə cavab verib. “Atlantic” jurnalını oxumadığını deyən Tramp hadisədən xəbərsiz olduğunu, lakin sözügedən səhvin Yəməndəki hücumlara heç bir təsirinin olmadığını da qeyd edib.

Sosial şəbəkələrdə bir çox istifadəçi ABŞ-nin gizli müharibə planlarının təsadüfən bu şəkildə jurnalistə göndərilməsinin qəbuledilməz olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Mart 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see241

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see180

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see163

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see161

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see157

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see150

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see144

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see141

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see140

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri