Icma.az
close
up
RU
Yeni dövrdə jurnalistikanın əsas strategiyası necə olmalıdır? Jurnalist məxfi məlumatları sensasiya xatirinə yaymamalıdır / RƏY

Yeni dövrdə jurnalistikanın əsas strategiyası necə olmalıdır? Jurnalist məxfi məlumatları sensasiya xatirinə yaymamalıdır / RƏY

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Müasir texnologiyalar jurnalistlərdən daha böyük mütaliə tələb edir. Müasir texnologiyalara uyğunlaşmaq olar, amma ondan istifadə etmək, ən mühümü isə “Bu amilin çox güclü mənfi təsirindən necə qorunmaq olar?” sualı bugünkü jurnalistikamızın ən ümdə məsələlərindən biridir.”

Bunu Gununsesi.info -ya açıqlamasında KONKRET.az saytının baş redaktoru, Fadil Paşayev yeni dövrdə jurnalistlərin qarşısında duran vəzifələr barədə danışarkən deyib:

“Bəzən belə rəylər çox eşidirəm ki, indi jurnalist işləmək çox asandır. Guya müasir texnologiyalar fəhmi olan istənilən adama imkan verir ki, hər kəs jurnalist ola bilsin. Xeyr, əslində bu, belə deyil. Əksinə, müasir texnologiyalar jurnalistlərdən daha böyük mütaliə tələb edir. 

Gəlin, bu məsələyə konkret toxunaq. Məsələn, dezinformasiya. Bu gün süni intellekt elə bir səviyyədə inkişaf edib ki, yalan məlumatları seçmək üçün yeni nəsil jurnalistikasından böyük bacarıq, intellekt və dövlətçilik əxlaqı tələb edilir.

Bu gün ictimai gözləntilər və informasiya mühitindəki dəyişikliklər də sürətlə bir-birini əvəz edir. Yeni informasiya hücumları, bu sahədə savaşın amansız həddə olması, eləcə də digər amillərin fonunda jurnalistin obyektiv olmaq imkanları azalır. Jurnalist belə bir şəraitdə çalışır ki, informasiya bolluğunda daha operativ olsun. Əksər vaxtlarda bütün bunlar yanlış məlumatların cəmiyyətə ötürülməsinə səbəb olur. Etiraf edək ki, biz də belə yanlışlıqların qurbanı olmuşuq. Bütün dövrlərin bir qızıl qaydası var: Jurnalist qərəzsiz və faktlara əsaslanmalıdır. Yeni dövrdə sosial şəbəkələrdə hər gördüyümüz məlumat isə fakt ola bilməz. Yeni nəsil jurnalistləri də bunu xüsusi anlamalıdır ki, jurnalistika ictimai məsuliyyət daşıyır və bu məsuliyyət etika prinsiplərinə söykənməlidir”.

Fadil Paşayev vurğulayıb ki, bu günkü jurnalistikada bu prinsiplər əksər hallarda pozulur:

“Doğrudur, peşəkarlıq öz sözünü deyir. Çox sevindirici haldır ki, Media İnkişafı Agentliyi bu sahədə ciddi işlər aparır. Agentliyin layihələri sosial media, xəbər saytları, bloqlar və podkastları geniş şəkildə əhatə edir. Çünki bütün bu sadaladıqlarım müasir jurnalistin fəaliyyət sahəsinə daxildir.

Bu gün media arenasında jurnalistlərin qarşısında daha bir vəzifə durur. Hesab edirəm ki, biz bunun öhdəsindən gəlirik. Belə ki, indiki jurnalistikamız təkcə məlumatı yaymaqla kifayətlənmir, həm də bu məlumatları gündəmə çevirir, ictimai dialoq yarada bilir. Bəzi xəbər saytları, o cümlədən digər informasiya istehsalçıları xəbəri təkcə oxutmaqla deyil, foto, video, infoqrafika kimi vasitələrdən istifadə etməklə cəmiyyətə çatdırır. Amma bu, yetərli deyil. Vizual hekayəçilik bacarıqları hələ çox inkişaf etməlidir.

Çox təəssüflər olsun ki, bu günki mediamızda dərin analitik təhlillərə az rast gəlinir. Belə yazılar, şərhlər auditoriyaya hadisələri daha yaxşı anlamaq və qiymətləndirmək imkanı verir. Amma “Bu məsələlər tamamilə yoxdur” demək ədalətsilik olar. Ara-sıra dərin təhlilli yazılara rast gəlmək olur. Yeni nəsil jurnalistikası da davamlı özünüinkişaf yolunu seçərsə, bu sahə daha da inkişaf edəcək. Bəs bu, necə baş verə bilər? Yeni texnologiyalar və informasiya alətləri durmadan dəyişir. Ona görə də bütün həmkarlarım daimi təlimlərdə iştirak etməlidir. Yenə də Medianın İnkişafı Agentliyinin fəaliyyətinə diqqət çəkmək lazımdır. Biz bu agentliyin imkanlarından geniş istifadə etməliyik. Qurumun layihələrinə iştirak xətrinə qoşulmamalıyıq, müəyyən təşəbbüslərlə də çıxış etməliyik. Bu baxımdan, data jurnalistikası, sosial media analitikası kimi sahələr hələ də öyrənilməlidir”.

Baş redaktor onu da əlavə edib ki, bu gün data jurnalistikası çox vacibdir:

” Bununla bağlı təlimlər hesab edirəm ki, artırılmalıdır. Çünki müvafiq şərhlər, analizlər, məqalələr məlumatların vizual təhlilini tələb edir. Bunun üçün Excel, Tableau, Google Data Studio və s. proqramlar öyrənilməlidir. Eyni zamanda mediada çalışanların dil bacarıqları, xüsusən də Azərbaycan dilinin qrammatik qaydalarını bilməsi xüsusilə vacibdir. Sadalaqlarımla bərabər, peşəkar jurnalistika mövcud qanunvericiliyi və hüquqi çərçivələri bilməlidir.

Məsələn, əksər vaxt jurnalist məxfi məlumatlara da sahib ola bilər. Sensasiya xatirinə bu məlumatları qətiyyən yaymaq olmaz. Dövlət və ictimai maraqlar xəbər yaymaq prinsiplərində qırmızı xətt olmalıdır. Şəxsi həyatın toxunulmazlığına hörmət hər birimizin borcudur.

Bir məsələni də xüsusi qeyd etməyi özümə borc bilirəm. Dövlətin və cəmiyyətin inkişafı üçün tənqidi jurnalistika prinsipləri qorunmalıdır. Buna təkcə jurnalistlərimiz deyil, aidiyyəti dövlət strukturları da təmkinlə yanaşmalıdır. Bunu bizdən Azərbaycan Prezidenti də tələb edir. Bu sahədə hər bir məsələ barədə daha geniş danışmaq olardı. Hesab edirəm ki, tezis və əsas müddəalara toxunmaqla biz oxucumuza, həmkarlarımıza nəsə çatdıra bildik.

Yeri gəlmişkən, fürsətdən istifadə edib sizin kollketiviniz də başda olmaqla, bütün həmkarlarımı milli mətbuatımızın yaranmasının 150 illiyi münasibəti ilə təbrik edir, hər birinizə çətin və şərəfli yolda tükənməz enerji arzulayıram. Qoy reklamınız və oxucu auiditoriyanız daha çox olsun”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 İyul 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri